Termin tərcüməsi

Salam. Mount sözünə uzun müddətdir tərcümə axtarırdım və cavablar.net -ə də bu sualı yerləşdirmişdim. Mənə əsas mounting root filesystem ifadəsini ətrcümə etməkdə lazım idi. Kök fayllar sisteminin birləşdirilməsi, bərkidilməsi şəklində. İndi yeni bir tərcümə tapmışam istəyirəm siz buna fikirlərinizi bildirəsiniz. pərçimləmək. Azərbaycan dilinin izahlı lüğətinin 3-çü cilidinin 593-cü səhifəsində bu sözün izahı belə verilir: İki şeyi bir-birinə bağlamaq, bənd edib bərkitmək. Daha ətraflı baxa bilərsiniz: http://ebooks.preslib.az/pdfbooks/azbooks/izahliluget3.pdf

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Elvin Hacı (2012-02-28 09:56:51)
Salam. Bənd etmək məncə uyğun variantdır. Mount - Bəndetmə, To mount - bənd etmək. Qoşmaq da bəlkə yarayardı, amma qoşmaq Join və digər terminlərə də uyğundur deyə qarışıqlıq yaranır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Termin – экранирование

Kompüter terminləri

Termin tərcüməsi – sort

Termin tərcüməsi – init

Accessibility (Erişilebilirlik) termini bizim dilə necə tərcümə edim?

Termin tərcüməsi – input