Moneybookers.com-dan hesabıma pul köçürülsə mən onu öz bank kartıma köçürə bilərəmmi?

Salam əziz dostlar mən moneybookers haqqında öyrənmək istəyirəm amma biraz araşdırdım bizim netdə bu barədə dolğun bir məlumat tapabilmədim.Sizdən bir xahişim var bu moneybookers.com haqqında məlumat verəsiniz. Mən moneybookers.com da qeydiyyatdan keçsəm mənə hansısa bir saytdan və ya şəxsdən moneybookers.com hesabıma pul köçürülsə mən onu öz bank kartıma köçürəbilərəmmi?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Hp Live (2012-02-29 21:49:02)
Bu arada çox təşəkkür edirəm cavablarınız üçün.Çox sagolun. bir çətinlik olsa yenədə sizi narahat edərəm.)

Hp Live (2012-02-29 19:47:08)
Bəlkədə kartımdan bir miqdar pul çekmişdi moneybookers o miqdarı məndən soruşanda ilk dəfə mən özümdən təxmini yazmışdım məbləği ona görə blok olub bəlkədə. Amma əlaqə bölməsini axtardım nəsə tapa bilmədim mail adresi.

Elvin Hacı (2012-02-29 16:39:07)
Niyə kilidlənmişdir? Bəlkə nəsə səhv daxil etmisiniz və ya bir neçə hesab açmısınız, və ya eyni kartı təkrar istiafdə etmisiniz? Belə hallrdan biri isə işiniz çox çətin olacaq, əlaqə bölməsindən yazmaq lazımdır, onlar deyəcək nə lazımdır klildi açmaqçün

Hp Live (2012-02-29 16:16:12)
İndi Moneybookers hesabıma pul qoymaq istəyirəm yazılır ki - Hesabınız giden transferler ve kredi/debit kartıyla ödemeler için kilitlenmiştir ve bu nedenle bu işlemi tamamlayamıyoruz (

Elvin Hacı (2012-02-29 15:08:21)
Bankın heç bir fərqi yox, yetər ki Visa və ya Master Card dəstəyi olsun. Aşağıda paylaşdığınız məlumatlar isə moneybookersin daxili step-ləridir, onlara əmək edin məsələ həll olacaq. Orada problemli nəsə yoxdur, kodu daxil edib təsdiq ödənişi edirsiniz vəssalam.

Hp Live (2012-02-29 15:00:20)
burdan baş aşmadım bir bilgisi olan varsa desin hesabdan çekilen pulu necə hardan öyrenim?

Hp Live (2012-02-29 14:31:27)
Birdə belə bir şey yazıldı bu nə deməkdir ? PROFİL: TAM KREDİ/DEBİT KARTI DOĞRULAMASI Yanlış tutar girdiniz. Başka bir denemede bulunmanıza izin vermemizden önce 24 saat beklemeniz gerekiyor. Servis departmanımız bu dönem içinde size yardım edemeyecek. Önemli: Lütfen USD. olarak tam tutar için ekstrenizi tekrar kontrol edin. Eğer kredi/debit kartı çıkaranınız tutarı USD olarak göstermiyorsa kartınızı Skrill (Moneybookers)’ta doğrulayamazsınız. Denemeyin ve tahminde bulunmayın!

Hp Live (2012-02-29 14:13:52)
Çox sağolun cavaba görə. Bir şeydə soruşum mən plastik kartımı Access bankdan almışam hansısa bankdan almaqın bir fərqi var? yoxsa moneybokers bir fərq qoymur.

Elvin Hacı (2012-02-29 14:06:40)
Salam. Bəli mümkündür. Sadəcə təsdiqləmək lazımdır. Bank hesabını göstərməkdən daha əlverişli plastik kartınızı moneybookersdə daxil etməkdir. Add card edirsiniz, kartınızın kodunu yazırsınız, daha sonra təsdiq edirsiniz, ordakı təlimata uyğun olaraq. Bundan sonra artıq istənilən vaxt pulu kartınıza köçürə bilərsiniz. Köçürməni etdikdən sonra 3 gün ərzində pul kartınızda olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

moneybookers haqqında

Envato (10% vergi)

skrill (moneybookers) haqqında

Skrill-withdraw (pul çıxartmaq)

Skrillə gələn pulu birbaşa istifadə etmək olur?

Moneybookers pul çıxarış