API necə qurulur?

Hər hansı bir layihənin api-si necə qurulur? Məlumat bazamda basqalarının əməliyyat aparması üçün. Məsələn Facebook kimi.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Xaliq Babayev (2012-03-02 22:17:30)
Lap aciq desem.Odeme karti sistemi qurmaq isteyirem netmoney kimi.Isteyirem ki kenar saytda sifre daxil edilende dogru olub olmamagi yoxlanilib cavab verilsin ama bazadaki kodlara baxmaq olmasin

Ruslan Butdayev (2012-03-02 14:13:08)
Varamda Izah Etmə Qabiliyyəti Olan İnsanlara.. Kaş mənimdə olaydi)))

Elvin Hacı (2012-03-02 14:04:55)
API-nin əsas məntiqi kənar mənbələrdən hər hansl sistemə qoşulmaq və yaradılan imkanlardan faydalanmaqdır. Məsələn sizin tərcümə saytınız ola bilər. Kənar mənbə sizin sayta mətni sorğu kimi göndərib cavabında tərcüməni alması APİ-sini yazmaq olar. Bu halda xüsusi şifrələr olur URL-lə göndərilən. Ki başqası ondan istifadə edə bilməsin. Məsələn sizinsayt.com/tercume.php?auth=4ds1ds45sd221sd bu tipli url-lərə sorğu göndərirsiniz, cavabında tərcümə alırsınız. auth parametrinin qiyməti yalnız sizə verildiyindən bu xidmətdən bu auth ilə yalnız siz faydalanırsız. tercume.php-nin daxili isə sadə olur. Get və Post ilə gələn dəyişəni qəbul edir, tərcümə edib geri qaytarır. Sadəcə faylın içində şərt operatoru olur lap əvvəldə, bu operator GET ilə gələn auth dəyişənini düzgün auth-lar bazası ilə tutuşdurur, auth doğrudursa əməliyyata icazə verir, əks halda, səhv verir. Ümid edirəm əsas məntiq aydın oldu. Eləcə də Google Maps, Facebook, Recaptcha və.s. məşhur APİlərlə tanış olub məntiqi daha düzgün başa düşmək olar. Məsələn Google Maps sizə xüsusi iframe və ya embed code verir, xüsusi api key-ə malik olan, siz kodu saytınıza əlavə edirsiniz. O kod hər dəfə Google-un xəritə bazasına müraciət göndərir sizin saytdan, key-lər doğrudursa cavabında xəritə verilənləri qayıdır və saytınızda xəritə qurulmuş olur.

Emin Mastizadeh (2012-03-02 11:52:40)
Çoxları bunun üçün javascript işlədir. Mən öz proyektlərimdə iframe-ə üstünlük verirəm. Facebook həm javascript həm də iframe ilə işləyir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook APİ vasitəsi ilə səhifəmə necə post əlavə edə bilərəm.

PayPal API signature problemi

Azercell onlayn şifrə yükləmə api

Online ödəniş – müştəri məlumatları

Paypalla alış-veriş

PHP CBAR valyutaları əldə etmək