Paypal-da pulun geri alınması

Hər kəsə salam. Mən fevralın 9-u ebaydan mal almışdım, mal gəlib çıxmadı. Mən həmin satıcını paypalda şikayət elədim və satıcı pulu geri qaytarmağa razı oldu. Fevralın 26-da pulu geri qaytardı. Amma mənə paypalda pul zad gəlməyib. Bir şey də deyim ki, mən paypal-da maaş kartı ilə qeydiyyatdan keçmişəm və mən qeydiyyatdan keçəndə mənə demişdilər ki, maaş kartı pul qəbul etmir. İndi həmin satıcı mənim pulumu geri qaytarsa mən öz pulumu ala bilməyəcəyəm?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2014-12-08 10:10:37)
1.3 iş günü. 2. Refund-da problem olmaz. Amma növbəti ödənişlərdə problem olacaq deyəcək öncə pin kod daxil edin sonra

Rocstar (2014-12-08 02:03:56)
refund olanda pul nece gune kecir karta mende mastercard bilmek isteyirem xahis edirem komeklik edin pul 100% kecir karta ama men 4 reqemli sifreni paypalda yazmamisam o nece olacaq o nese bir problem yarada biler pulu karta kocmeye ?

EskoZ (2012-03-02 15:59:12)
Kartın hansı bankın kartıdırsa hər halda ordan almaq olar pulu,ya da ki hesabdan çıxarış edərək hesabını yoxla.

isiqaqa (2012-03-02 12:51:11)
Hə aydındır. Məumatlara görə çox sağ olun.

Elvin Hacı (2012-03-02 12:41:13)
Refund problemsiz qayıdır həmişə, çox güman ki artıq qayıdıb. Əgər bank hesabına göndərə bilməsəydi bu pul sizin paypal hesabınızda balans kimi qalmış olardı. Yəni balansınız indiki kimi 0$ yox, məsələn 10$ görsənərdi.

isiqaqa (2012-03-02 12:34:19)
Bəli, siz deyəni mən görmüşəm. Refund olub. Mən sadəcə olaraq bilmək istəyirəm ki, maaş kartı pul qəbul etmirsə, o zaman satıcının mənə göndərdiyi pul batacaq ? Əgər maaş kartı pul qəbul etmirsə, Paypal həmin pulu hansı bank hesabına yatıracaq ki o zaman?

Elvin Hacı (2012-03-02 11:49:04)
Salam. Paypalda tranzaksiyaların tarixçəsinə baxın, orada More Filters-dən REFUNDS seçin, baxın görün 26-dan bu tərəfə sizin paypal hesaba pul qayıdıbmı? Əgər cədvəl boş görsənsə deməli yalan deyir, sizin hesaba refund etməyib. Əgər əks olunursa, deməli hər şey normaldır, pul Paypala qayıdıb, Paypal da pulu bank hesabınıza qaytarıb. Pul qəbul edib etməmək aid deyil bura, refund problemsiz qayıdır Azərbaycan banklarındakı hesablara. Əgər bank kartınızla doğurdan da nəsə problem varsa, o halda Paypal balansınız 0.00$ yox, həmin refund olunan məbləği göstərməlidir. Amma bu inandırıcı deyil, yəqin ki balansınız indi 0.00$ göstərir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PayPalda kart problemi…

Paypalda ölkə adını dəyişmək

Paypal və bank kartı

Paypal hesabımdakı pul karta köcmür

paypal hesab açmaq

Paypal ilə ödəmə