Bank kartlarından bir başa ödəmə

Mənə maraqlıdı görəsən Paypal Alterway və ya digər ödəmə sistemləri olmadan saytda bir başa ödəmə sistemi mümkündü? Məsələn mən vaxtı ilə GoDaddy-dən domain qeydiyyatı aparanda Paypaldan və ya digər ödəmə sistemlərindən keçmədim Bir başa kartın məlumatlarını daxil elədim və ödəməni etdim Azərbaycan şəraitində bu mümkündür mü?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Elvin Hacı (2012-03-03 19:04:23)
http://php.net/manual/en/refs.creditcard.php Özüm istifadə etməmişəm amma. Ona görə də dəqiq məlumatım yoxdur ki, hansı beynəlxalq serverə bağlanır, hansı APİ-lərdən istifadə olunur və.s. Ümumiyyətlə isə məsləhət deyil bu işə girişmək. Çox ciddi məsuliyyət və xərc tələb edən işdir(təkcə SSL sertifikatı bri neçə min dollara olmalıdır səhv etmirəmsə). Yalnız iri şirkətlər üçün lazımlı ola bilər. Amma iş orasında ki, heç iri şirkətlərin çoxu da istifadə etmir, Paypal, Checkout2, Google Checkout kimi sistemlər varkən. Azərbaycanın özündə də Azericard və Goldenpay kimi asan həllər var, Azericard çox dayanıqlı və sadədir, üstəgəl qoşulma pulsuz, faiz də prosessinq+terminal+bank cəmi 3%. Sizə qalan 97%.

Kamran Nadjafzadeh (2012-03-03 14:53:42)
Mən başqa şey soruşuram :) Deyirəm ki o sistem necə qurulur ki Paypal vəya AlterPay olmadan saytda bir başa ödəniş edilsin

Emin Mastizadeh (2012-03-03 13:01:42)
Mən Beynəlxalq bankın visa electron kartı ilə belə ödəniş çox etmişəm. Əgər sayt dəstəkləyirsə nümkündür.Amma bəzi kartlarda bu qadağandır. Məsələn pensiya kartlarında, kapital bankın verdiyi visa kartlarda belə ödənişlər qadağandır. Bu kartları paypal-da da qeydiyyatdan keçirmək olmur.