Ebayda təklif (bid)

Salam,ebayda auiksiondaki mallara verilən təkliflər avtomatikdə olur.Ama mənə maraqlıdıki 2 və daha artıq şəxs Show automatic bids edərsə,bunun axırı hara gedir,avtomatik arta-arta gedir? Və birdə bu avtomatik təklifdə özüm məhdudiyyət qoya bilərəmmi ki, bu qədər məbləğə qədər artsın,sonra yox?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Milan (2012-03-11 17:29:35)
cax sagol

Rovshan Musayev (2012-03-10 19:14:31)
Ebayda sən bid qoyanda öz həmin mal üçün maksimum verə biləcəyin pulu qoyursan. Satıcı və başqa bid qoyan alıcılar sənin qoyduğun maksimum bidi görmür. Məbləğin artımı "bid increments" adlı siyahiya əsasən aşağıdakı kimidir: Qiymət Bid artımı $ 0.01 - $ 0.99 $ 0.05 $ 1.00 - $ 4.99 $ 0.25 $ 5.00 - $ 24.99 $ 0.50 $ 25.00 - $ 99.99 $ 1.00 $ 100.00 - $ 249.99 $ 2.50 $ 250.00 - $ 499.99 $ 5.00 $ 500.00 - $ 999.99 $ 10.00 $ 1000.00 - $ 2499.99 $ 25.00 $ 2500.00 - $ 4999.99 $ 50.00 $ 5000.00 və yuxarı $ 100.00 Məsələn: Cari bid $10.00-dır və və ən böyük bid-i Əli qoyub, 12$. Onun bu maksimum bidi aydın məsələdir ki, gizli saxlanılır. Vəli açır həmin malı və görür ki, orada yazılıb 10$, qoyur öz maksimum bidini 15$. Əli-nin bidi avtomatik qalxır 12$-a, Vəlininki isə artım qaydasına əsasən qalxır 12.50$-a və bu da olur malın cari bidi. Bu zaman Əli-yə mail gedir ki, qardaş sən outbid olmusan ha, artırmasan Vəli udacaq həmin malı. Əli heç nə eləməsə Vəli onu 12.50-ə udacaq. Yox əgər əli girib 12.50-15$ arası nəsə qoysa kifayət etməyəcək hər dəfə qoyduqca 0.50 artıracaq ebay ta ki, 15.50$-a kimi. Amma o məbləğə çatana kimi bilməyəcək qiymət neçəyə kimi qalxacaq, cünki Vəlinin qoyduğu maksimum bidi bilmir. Əgər Əli birdən məsələn öz maksumum bidini 20$ qoysa Vəliyə mail gedəcəkdi ki, sen outbidsən, tədbir gör. Heç nə eləməsə Əli 15.50$-a auksionun vaxtı qurtaranda udacaq. Beləliklə bu qayda ilə arta arta vaxtı qurtarana kimi gedə bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

eBay sifarişin gəlməsi

Manufacturer refurbished

Ebay və Paypalın ayrılması

Ebayda auksion xətası

Rüsum. (Shopping)

Paypal və ebay problemim