Linux Mint 12, Linux Mint Debian, Linux Mint KDE versiyaları arasında fərqlər nədir?

Linux Mint 12, Linux Mint Debian, Linux Mint KDE versiyaları arasında fərqlər nədir? Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

musarir (2012-03-06 12:15:53)
ubuntu `nu unity` search ile Mac Osx spotlight search`u o qədər xoşa gələn bir özləkdir ki ,elə məhz bu ozəllik bəs edir unix-linux`ə aşiq olmaq .xoş windows`da var amma bunlar q'd'r sevimli deyildir (I`m not a viralistic lover ,I`m a IT lover user :D )

Emin Mastizadeh (2012-03-04 11:56:16)
Mən isə Ubuntu məsləhət görərdim,istifadəsi daha rahatdır.

davinci (2012-03-04 00:51:16)
Ok. Təşəkkür.

Elvin Hacı (2012-03-04 00:17:21)
Yox, şəxsən mən Linux Mint-in default versiyasını məsləhət görərdim, çünki o daha stabil olmalıdır, Debian versiya yenidir. Məntiqlə Debian versiya bir az sürətli işləməlidir düzdür, gələcək versiyalarda da tam Debiana keçiləcək görünür, amma hazırda stabil olan default versiyadır. Yenə də seçim sizin

davinci (2012-03-03 23:34:15)
Cavab üçünb təşəkkür. Deməli belə başa düşdüm ki, Linux Mint Debian istifadə etmək məsləhətlidir?!

Elvin Hacı (2012-03-03 19:07:58)
Salam. Default versiyadan istifadə məsləhətdir, digərlərinə sonradan da keçmək olar. KDE örtük proqramdır, vizual baxımdan Linuxu Windowsa bənzər görkəmə salır, üstündə də xeyli proqramlar var hazır. Debian versiya yenidir, Ubuntu paketlərinin tədricən Debianın öz paketləri ilə əvəz olunması ilə qurulur. Bildiyiniz kimi Linux Mint Ubuntu üzərində qurulub, Ubuntu özü isə Debianda qurulub. Linux Mint də çalışır ki, tədricən Ubuntu izlərini itirərək birbaşa Debian paketlərindən istifadə eləsin