Nero trial

Mən Nero saytindan Nero 9 trial programını yükləmişəm indidə programı açıram məndən qeydiyyat istiyir kim bilir mən indi bunun açarını hardan tapıb yükləyim ki bu program açılsın

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Tural Mecidov (2012-03-05 14:26:09)
Emin Mastizadeh Elvin Hacı Onda bəs mən necə edim bunu təzədən hardan yüklüyüm heç olmasa bir sayt adı deyində ordan yükleyem

Elvin Hacı (2012-03-05 01:53:15)
Salam. Təbii ki olmaz. Amma bizdə o qədər kütləvi hal alıb ki bu, adi hal sayılır, yəni internetdən rus və Azərbaycan saytlarından çoxlu qanunsuz pirat yükləmələr tapa bilərsiniz. Qərb ölkələrində isə buna görə həbs edə bilərlər adamı, ya da milyonlarla dollar cərimə. Bizdə sadəcə bəzi saytlar var ki, müəllif hüquqlarına hörmət olaraq bu qaydaya riayət edir, bunlardan biri də elə Cavablar.net-dir, bu saytda qanunsuz yükləmələrin paylaşılmasına, açar sözlərin dərcinə icazə verilmir.

Emin Mastizadeh (2012-03-05 01:38:43)
Trial düyməsinə basıb səhv eləmirəmsə 1 ay işlədə bilərsiz. Amma saxta qeydiyyat qanuna zidd olduğundan bu saytda belə şeylər vermirik. Çox vacib olsa internetdə axtarın,Nero üçün açar çoxdur.

Tural Mecidov (2012-03-05 01:06:32)
Elvin Hacı Necəki indi deyirsizki olmaz bunu eləmək?

Elvin Hacı (2012-03-05 01:02:37)
Salam. Yüklədiyiniz versiya trial-dır, trial düyməsinə basıb bir neçə gün pulsuz işlətmək mümkündür o proqramı yəqin ki. Daimi istifadə üçün açar kod istəyir, onu isə pulla almaq lazımdır, pulsuz əldə etmək olar bəlkə də internetdən, amma bu qanunlara ziddir.