Solit Stata Disc (SSD)

Kimse notbukuna və ya pc-ə ssd qoşub yoxlayıb? Ümumiyyətlə SSD disklə işləyən olub? Əməlli başdı fikrimə düşüb almaq istəyirəm bunu yoxlamaq üçün.. sadəcə verəcəyi effektdən şübhəliyəm.. http://comprador.az/ru/page-full/3757-15.html

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ruslan Butdayev (2012-03-05 17:45:21)
Axır ki dözmədim aldım.. Ama istıdiyim effekti ala bilmıdim sözün düzü.. Hard diskdən fərqi var düzdür ama o qədər də tərifli olmadı ((

Orkhan I. Ahmadov (2012-03-05 16:18:42)
Salam. SSD-nin Düzgün açılışı - Solid State Drive-dır. SSD-lər artıq köhnə adlandırıla biləcək HDD (Hard Disc Drive) təkmilləşdirilmiş yeni yaddaş qurğularıdır. Bütün cəhətlərinə görə HDD-lərdən çox daha üstündür: 1. Çox yüksək informasiya oxuma və yazma sürətinə malikdir. 2. Enerjiyə qənaətcildir. 3. Daxilində tərpənən, hərəkətdə olan heç bir qurğu, vasitə yoxdur (adı da elə burdan götürülüb - Solid State Drive - Tərpənməz Disk) 4. Bütün müasir cihazlar, avadanlıqlarla uyumludur. Mənfi cəhət kimi göstərilə biləcək yönləri: 1. HDD ilə müqaisədə çox bahadır. 2. Hələlik HDD kimi 500GB, 1TB və ya daha çox həcmliləri mövcud deyil. Özum artıq 1 ilə yaxındır 250GB ölçüsündə noutbukumda əsas sistem diskdi olaraq Intel SSD istifadə edirəm. ƏS sistemini HDD ilə müqaisədə ən azı 2 dəfə daha tez boot eləməyi, məlumatın ötürülməsi, kompüterin yaddaş cəhətdən çox cəld işləməsi və içində HDD-də olduğu kimi fırlanan disk olmadığı üçün noutbuku yaşıyan zaman HDD kimi yüksək titrəyişdən xarab olma ehtimalı 0-a bərabər olmağına görə mənimçün əvəzsiz bir şeydir. SSD diski bir növ adi flash card kimi düşünün, onun bir növ təkmilləşdirilmiş, iri tutumlu versiyasıdır. Əgər almağı düşünürsünüzsə tam performans əldə etmək üçün məsləhət görərdim ki ƏS-nizi SSD-yə yazasınız, kompüterinizə qoşulu olan HDD-ləri isə fayl və sənədləriniz saxlamaq üçün istifadə edin. Həmçinin ikinci dərəcəli saydığınız proqram və oyunlarınızı da SSD-yə yazıb yaddaşı doldurmaq əvəzinə kompüterinizin HDD diskinə yazın. SSD-nin performans göstəriciləri sizi valeh edəcək. ASUS tərəfindən hazırlanmış SSD və HDD ilə boot edən iki noutbukun müqaisəsi: http://www.youtube.com/watch?v=j84eEjP-RL4

Ruslan Butdayev (2012-03-05 15:04:37)
İnşallah bu gün alacam. Fərqi dəqiq bölüşərəm sizlə ))

Ruslan Butdayev (2012-03-05 15:03:57)
İzləməyinəə çoox izləmişəm ona görə belə həvəsinə dümüşəm ))

Elvin Hacı (2012-03-05 14:25:48)
Bir dostum US-dən Samsung laptop alıb, SSD-dir onda, cəmi 120 GB-dır deyəsən. Dedi performansında çox ciddi fərqlər hiss edirəm, SSD-də aşkar çeviklik hiss olunur.

Tural Əlisoy (2012-03-05 14:19:48)
SSD, HDD-dən çox əladır. Eşitdiyimə görə bahadır biraz. Youtubeda işləmə prinsipi ilə tanış oldum. Almağa dəyər. Hər şey daha sürətlidir. Nümunə üçün bu videonu izləyin və bununla əlaqəli videoları http://www.youtube.com/watch?v=-lR0XoHFU6Y

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Noutbuk üçün SSD

Samsung 970 evo plus bütün noutbuklarda 3300mb sürəti göstərir?

Xarici sərt disk seçimində kömək lazımdır.

Notebookun Hard diskini dəyişməkdə köməklik edin.

Laptopa istənilən SSD gedir?

Ssd hansı firma daha məsləhətlidir?