Paypal-da refund əməliyyatı haqqında problem

Hər kəsə salam! Mən paypalda fevralın 6-da bir mal almışdım. 22 dollar pulum çıxdı. Bu mal gəlib çıxmadı və mən malın satıcısı ilə söhbət etdim. mənə pulu geri qaytaracağını dedi və mən də razılaşdım. Deməli martın 5-i yəni srağagün satıcı mənim pulumu refund etdi amma bir şey var ki, refund etdikdən sonra mənim hesabımdan elə həmin gün həmin pul yenidən çıxdı. Bunun səbəbi nə ola bilər? Şəkili bura yerləşdirirəm

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

nermin N1 (2012-09-13 11:03:00)
Salam paypal hesabimda history bolmesində aldiğım məhsulların qiymətlərinin qarşısında gross və net amount da (-) mənfi isarələri var o nə deməkdi? zəhmət olmasa cavablandirardiniz

Dekameron (2012-06-11 22:01:29)
məndə də həmin vəziyyətdir

AygunM (2012-04-06 23:30:37)
Mende de eyni problem var.Pul hesabda deyil. men yeniden alver etmek istedim kartimda o qeder pulun olmadigi bildirildi mesaj vasitesile bankdan.Bu ne demekdir?

isiqaqa (2012-03-08 01:06:03)
Məlumatlara görə çox sağ olun

Elvin Hacı (2012-03-07 23:22:17)
Salam. Bəli, karta qayıdıb deməkdir. Refundun heç bir ziyanı yoxdur karta. Amma maaş kartıyla etmək məsləhət deyil. Riskə görə. Birdən hər hansı formada hansısa saytda bilmədən CVV2 kodunu ələ keçirərlər kartınızdan pulları çəkərlər dələduzlar. İnternet ödəmələr üçün banklardan pulsuz visa card almaq məsləhətdir, lazım olduqca card to card ilə bankomatdan lazımi qədər pulu köçürürsüz maaş kartından visa karta , və ödəməni aparırsız internetdə

isiqaqa (2012-03-07 22:16:03)
Yəni o mənfi işarəsi pul plastik karta qayıdıb deməkdi? Bir şey də deyim ki, mən də alış verişləri maaş kartı ilə edirəm. Refund əməliyyatında bunun ziyanı olmaz ki?

Mirzaman Aliyev (2012-03-07 22:15:29)
Satıcı ilə əlaqə saxladığın zaman mütləq ingilis dilini bilmək vacibdir?

Elvin Hacı (2012-03-07 22:08:11)
Salam. Müsbət olan odur ki pul refund olunub paypalınıza, mənfi odur ki, paypal dərhal pulu köçürüb plastik kartınıza uyğun hesabınıza. Yəni pul sizə qayıdıb.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypalda necə öz hesabımdan çıxa bilərəm

Türk paypalindan pul cəkmək

Türkiyə paypalı bağlanır.

Paypalda limit

Paypal pulu qaytarib amma karta yatmayib

Paypalda 2 kartla qeydiyyat