Ubuntu 10.10 ilə Windows 7 arasında fayl əlaqəsi

Salam mən VirtualBox-da Ubuntu 10.10-u yuklemisem.Əməliyyat sistemim Windows7-dir.D diskində olan fayllarımka Ubuntu arasında necə əlaqə saxlaya bilərəm,yəni D diskindən hər hansı faylı Ubuntuda istifadə etmək istiyirəm.Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

ahmed (2012-03-11 12:38:12)
Mən virtual ə.s. ilə host ə.s. arasında fayl mübadiləsi üçün wget və apache web server proqramlarından istifadə edirəm. Məndə hər iki ə.s. Linux olsada windows - linux da normal işləməlidir. Bunun üçün host -da (Windows) apache web server proqramını yükləyin. Virtual ə.s. tərəfindən köçürmək istədiyiniz faylı apache -in default qovluğuna yerləşdirin. Susmaya görə bu C:/Program Files/Apache/Apache/htdocs qovluğudur. Daha sonra Virtual ə.s. -də terminal pəncərisini çağırın və faylı host -dan yükləmək üçün aşağıdakı əmri daxil edin wget host_ip/faylin_adi . Burada host_ip host ə.s. -in ip ünvanı, faylin adi isə köçürüləcək faylın adıdır. host -un ip ünvanın cmd cansole pəncərəsindən ipconfig əmrini daxil etməklə əldə edə bilərsiniz.

Ruslan Butdayev (2012-03-11 00:23:47)
Məsləhət görürəm Vmvare istifadə edəsən.. Vmvare vorkstation ..

Celal Suleymanov (2012-03-10 23:18:48)
Cavablarınıza görə təşşəkq.Ama mən nə qədər shared folder yaradıram ama yenə də alınmır..Ama usb-ni seçmək olur ki beləliklə onun içindəki faylları istifadə edirsən.ama D diskindi shared edə bilmirəm

Ruslan Butdayev (2012-03-10 22:57:17)
Razıyam Virtualı Box da shared folder yaratmaq üçün nələr etmədim )) bayaq yenə yoxladım (( kompüter mənimlə dirəşdi amma yenə alınmadı ))

musarir (2012-03-10 22:17:12)
Deməli belə ilk öncə VT ilə işləməyi mənimsəməyə çalışın sonra iki istem arasında shared folder yaratmağı başa düşəcəksiniz amma sizə deyim ki bəzən shared folder yaratmaq heşdə alınmır misal mən hələ bu spesifik xüsusiyyətə görə bu vasitədən istifadə etməyə müəssər ola bilməmişəm amma ,siz bir yenəd yoxlayı shared folder`i görün alınır .Birdə nəzəri cəhətdən belə ortaq qovluqların yaradılması MS istehsalı olan OS`lər üçün potenisal virri mənbəyi yaratmaq kmi bir şey çıxırş Baxmayaraqkı linux virri problemi yoxdur amma yayma kimi bir xususiyyəti var.Amma yenədə deyirəm RTFM (FAQ) oxumaq , bu ən gözəl xüsusiyyətdir ki ,user`ə ətraflı nəyisə anlamağa kömək edir ,sadəcə bir az səbr edib prog manul readme `si oxumaq lazımdır

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ajenti control paneldə DNS setup

Ubuntu 14.04 yoxsa 14.10?

Ubuntu-da 5.1 səs sistemini nəçə qoşa bilərəm?

Ubuntuda proqram silmək

Windows XP-nin silinməsi

Ubuntu Yükləmələr