alibaba.com

zəhmət olmasa deyərdiniz bildiyimiz kimi alibabada iki növ satici var fabrik təmsilcisi və fabrik təmsilcilərindən alib satan saticilar indi bu fabrik təmsilciləri mali fabrik qiymətinə verdiyinə görə yani üstünə heçnə qoyulmadığına görə şox ucuz olur sualim budurki alibabada necə bilmək olarki fabrik təmsilçisin necə tapmaq nolar

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Yaqub Seyidov (2012-03-12 22:09:36)
cox tesekkurler

Shakiroglu (2012-03-12 15:36:20)
Yaqub, əlbəttə ki çoxlu sayda almaq olar. Qiymətlər sifarişin həcmindən asılı olaraq dəyişir. Sifariş olunan malın sayı artdıqca qiymət ona uyğun endirilik. Amma nəzərə alın ki, idxal olunan məhsulun dəyəri 200 $ (USD) və daha artıq olduqda (*bu məbləğə alınmış malın qiyməti + daşınma xərcləri də daxil edilir*) gömrük rüsumu ödəməlisiniz. Daha dəqiq məlumat üçün: (99412) 438-80-80 external@customs.gov.az

Yaqub Seyidov (2012-03-12 00:03:35)
bu mohtesem cavab ucun size derin tesekkurumu bildirirem ve birde ordan kutlevi mal almaq olarda he? onda cox ucuz qiymete duşür malın biri?

Shakiroglu (2012-03-11 21:01:47)
Almaq istədiyin məhsulun qarşısındakı qeydə bax: [ Manufacturer ] istehsalçı zavod, fabrik və s. [ Trading Company ] ticarəd şirkəti. Yəni istehsalçıdan alıb, başqalarına satır. Bəzən istehsalçı özü malların pərakəndə satışı ilə məşğul olmaq istəmir (əlavə xərc və vaxt itkisi), bu işlə Satış firmaları məşğul olur. Müəyyən məhsulların qarşısında [ Manufacturer, Trading Company ] görmək olar. Yəni məhsulun pərakəndə satışı ilə fabrikin öz təmsilçisi (satış departamenti) məşğul olur.