Dledə sitemap.xml necə yaratmaq olur

Salam men neçə vaxtdırki bir neçə saytlara adminlik etmişəm ama sitemap olmayıb uzun düşündükdən sonra qərar verdimki sitemap menim saytımdada olsun ama bunu necə edəcəyim barədə heç bir fikrim yoxdu buna görədə dedim bizim cavablar portalından soruşum burada bəlkə bilən vardır bilənlər bir birimzə kömek edey cavab yazaq əvvəlcədən çox sağolun!!!

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Sevdiyim100 (2012-03-15 01:49:52)
Cox sagolun tesekkur edirem cox yardimci olduz!!! :)

Elvin Hacı (2012-03-13 15:01:22)
Salam. Yalnız kodları [ code ] taqları içində lazım. Siz bir neçə artıq taq qoymuşdunuz deyə qarışmışdı.

Samxal Meherremov (2012-03-12 23:44:17)
Əvvəli burdadır. Bilmirəm niyə sistem götürmür bu mətni) 1-ci hissə. http://mirror1.upwap.ru/d/2092691/16e3ea9613f862c0eed464004f5e51d4/cavablar-net.txt

Samxal Meherremov (2012-03-12 23:40:05)
Mətnin birinci hissəsi düşmədi)) Adminlərdən xahiş edirəm bunu silin, çünki heçnə anlaşılmayacaq belə

Samxal Meherremov (2012-03-12 23:36:40)
2. Php səhifə yaradırıq sitemap1.php. Kod bu nümunədə olduğu kimi : [code]<?php header('Content-type: application/xml'); $home ='http://seninsayt.az/'; echo ' <urlset xmlns="http://www.sitemaps.org/schemas/sitemap/0.9" xmlns:xsi="http://www.w3.org/2001/XMLSchema-instance" xsi:schemaLocation="http://www.sitemaps.org/schemas/sitemap/0.9 http://www.sitemaps.org/schemas/sitemap/0.9/sitemap.xsd">'; echo " <url> <loc>".$home."/news</loc> </url> "; $res=mysql_query("SELECT `id` FROM `news` ORDER BY `time` DESC LIMIT 200"); while($row=mysql_fetch_assoc($res)){ echo " <url> <loc>".$home."/news/index.php?id=".$row['id']."</loc> </url> "; } echo " </urlset>"; ?>[/code] 3. .htaccess açırıq. ModRewrite dəstəkləməilidir Hostinq. RewriteEngine On RewriteRule ^sitemap1.xml /sitemap1.php İndi sən bu linkə keçəndə seninsayt/sitemap1.xml yuxarıda yazdığım sitemap1.php işə düşəcək amma xml fomatda açılacaq. Yəni robotlara lazım olan formatda. Bu qayda ilə istədiyin qədər sitemap.php yarada bilərsən. Mən bunu öz saytımda tətbiq edirəm. Və cəmi bir dəfə googlemasterdə sitemap add etmişəm. Həmişəlik bəs edir :)[/code]

Samxal Meherremov (2012-03-12 23:17:41)
Düzdür, cronla da etmək olar,amma daha sadə bir üsul məsləhət vermək istərdim. Elə də çətin kod tələb etməyən. Məsələn, tutaq ki sayta əlavə olunmuş son 200 xəbərin avtomatik olaraq sitemap.xml-ə yazılmasını istəyirsən. Bunun üçün nə edirik: 1. İlk öncə bir əsas sitemap.xml yaradırıq. Belə bir şey: [code] <?xml version="1.0" encoding="UTF-8"?> <sitemapindex xmlns="http://www.sitemaps.org/schemas/sitemap/0.9"> <sitemap> <loc>http://seninsayt.az/sitemap1.xml</loc> </sitemap> </sitemapindex>[/code]

Emin Mastizadeh (2012-03-12 02:59:08)
Google-da onlayn sitemap düzəldən proqram çoxdur.Basırsız, saytınızın sitemapini yığır. Sonra isə xml faylı sayta yükləyirsiz və google webmasters-də olduğu ünvanı göstərirsiz. Avtomatik yenilənmir. Gərək özünüz hər dəfə həmin faylı təzədən düzəldəsiz saytda. Amma google-a və digər axtarış sistemlərinə 1 dəfə yazırsan ömürlük qalır. Əgər avtomatik yeniləmə lazımdırsa o zaman kiçik php proqram yazmalısız, proqram sizə sitemap hazırlamalıdır.Və serverdə həmin proqramı cron job-a əlavə etməlisən.

Samxal Meherremov (2012-03-12 00:58:51)
Əgər dinamik sitemap yaratmaq istəyirsənsə bir-iki məsləhət verə bilərəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Videonu MP3-ə çevirən proqram

Sayt üçün online ödəniş sisteminə qoşulmaq nə qədər pul tələb edir?

sayt dizaynı sənəti

sayta video qoymağın yolları

Ev də İngilisdili öyrənmək üçün məsləhətlər

Hazır Bölmə