Əgər proxy saytlarını da filterə salıblarsa deməli şirkət buna ciddi yanaşır. HideMyAss ilə proxynizi dəyişə bilərsiz(bu firefoxda rahat edilir) amma buna görə sizi işdən qovarlar. Elvinin də dediyi kimi ən yaxşısı datakart alın, işdə boş vaxtınız olanda datakart ilə hansı sayta istəsəz daxil olun.
Mən sizin şirkətin İT siyasətini bilmirəm ona görə dəqiq deyə bilmərəm dhcp di ya static.
Qardaş pis çıxmasın ama sizi qəfəsə salıblar əməlli başlı. Sizdə kompyuterdə internet varsa logme in istifadə edin ya da sazz ya data kart.
TMG ni çox az şirkət işlədir ona görə soruşdum...
Müdürü bilmirəm amma özündə hər şey açıqdır.
1.İp ləri necə istifadə edim ki DHCP avtomatik olaraq verilir?
2. İp dəyişmək imkanıda 0 bərabərdir çünki bunun üçün gərək admin olasan kompüterdə.
3. həmdə bildiyimə görə İnternet İp-dən əlavə domeyndə olan username görədə verilir. elə əməkdaşımız var ki, onda internet açıq deyil amma ancaq email alıb göndərə bilir.
şirkətin adı "USTAY" Türk şirkətidir amma IT Menecerimiz Azərbaycanlıdır Sumqayıtdan 30 yaşı var.
Amma bilmirəm ki bunun mən verdiyim suala nə aidiyyatı var ?
Söhbət hansı şirkətdən gedir sirr deyilsə
:)
TMG nin lisenziyasına o qədər pul boşa verilməyib ki onu asanlıqla keçəsən..
Ona görə də proxy saytları keçməyəcək ola bilsin ki filtr sayt haqqında tam informasiyanı da yoxlayır (tag key və s.)
Bir neçə yol təklif edə bilərəm:
1. Şəbəkədə mütləq filtrdan kənar İP lər vardır məs. bunları tapa bilərsən. Müdirlərdə çox vaxt aktiv olur onlar yerindı olmayanda onların pc söndürüb həmin İP ləri istifadə edə bilərsən (çalış bilmədiyin iplərə toxunma böyük problem yaradarsan özünə :D)
2.evdəki kompyuterini açıq qoy logme in clienti yüklə ora işdə logme indən qoşul evdəki kompunda gör işini təhlukəsiz və minnətsiz
qardaş bu internet klub kompüteri deyil ki , əlivə nə keçə yükləyəsən. korporativ Domeyn sistemidir Administratordan başqa kompüterə heç kim heçnə yaza bilmir.
Çox sağol cavaba görə amma dərd burasındadır ki, siz dediyiniz saytlar hamısı proxy və yaxud Anonomizer, tunneling kimi gedir və belə saytların hamısı bizdə blokdadır.
http://imm.io/iQLi
Çox sağol cavaba görə amma dərd burasındadır ki, siz dediyiniz saytlar hamısı proxy və yaxud Anonomizer, tunneling kimi gedir və belə saytların hamısı bizdə blokdadır.
http://imm.io/iQLi
ƏN YAXŞI VARİANTLARDAN BİRİ ULTRA SURF PROQRAMINI YAZIN KOMPUTERƏ))))))))VƏ PROQRAMI İŞƏSALIN İSTƏDİYİNİZ SAYTA DAXİL OLUN)
Sizin verdiyiniz saytlar proxy tunnel saytlarıdır, düzdür bu tip saytlar minlərlədir, bəzi saytların açılmasında kömək edir, bəzilərində yox. Amma unutmayaq ki, daxil olan saytlar şəbəkədə loqa düşür və sabah rəhbərlik tunnel saytlarına girən işçilərə qarşı belə nəsə tədbir görə bilər. Ona görə də proxy saytları ancaq elə şirkətlərdə işə yarayır ki, bu prinsip olsun: saytları bağlamışıq, amma kim girə bilir girsin, bacarana can qurban. Yox əgər şirkət sərt idarə olunursa və qaydanı pozana cəza tətbiq edəcəksə bu zaman proksi saytlarla sosial şəbəkələrə girmək qəti məsləhət deyil.
Ona görə də çalışmaq lazımdır işlədiyin yerin qaydalarına riayət edəsən, ya da cibində datakart gəzdirəsən. :)
Monotonluğun pis olması barədə fikirlərinizdə haqlısınız düzdür, bu tip məhdudiyyətlər çox yersizdir, sərbəstlik olmalı işçiyə tam sərbəstlik verilməli eyni zamanda işçidən nəticə tələb edilməlidir. ən düzgünü budur, amma bunu rəhbərliyə desən adama yaxşı cavab verərlər: nə vaxt sizin öz şirkətiniz olar, bu qaydanı tətbiq edərsiniz, indi şirkət bizimdir, bizə ağıl öyrətməyin :)
Sizi çox yaxşı başa düşürəm. Bizim idarədə də belə vəziyyətdir, amma biz bundan çıxış yolu tapmışıq. Lakin belə bir deyim var: İki nəfərin bildiyi sirr deyildir. Bunu ancaq özünüz etsəz yaxşıdır, çünki başqalarına desəz bu işıq sürətilə yayılacaq və Adminstrator "qardaş" (idarələrdə bir çoxlarının üzünü görməyib ən çox nifrət etdikləri şəxs :)) xəbər tutaraq xəbərdarlıq göndərəcək. Sayt belədir: http://www.dd34.ru Amma bu saytla filmlərə baxıb və köçürməyə zəmanət vermirəm :) Bu saytın bir çox alternativləri də var: http://www.daidostup.ru http://www.sofro.ru Emin Mestizadeh-in fikri ilə isə razı deyiləm, monotonluq insanı robotlaşdırır, iş ilə əyləncəni birləşdirəndə insan daha yaxşı nəticə əldə edir. Sizə işlərinizdə uğurlar!
bunu hər hansı yolla etsəniz belə loqlarınız sistemə düşür və sonra problem yaşaya bilərsiniz bununla bağlı. ən yaxşısı cibinizdə datakart gəzdirin istədiyiniz kimi daxil olun netə
Buna cavab vermək düzgün deyil. İş vaxtı yalnız işlə məşğul olmaq lazımdır.