kitab yığmaq (.pdf)

salam,mən özüm kitab yığa bilərəm? yəni .pdf. və bunun üçün hansı,proqram lazımdır? adobe readere baxdım ama ordan tapa bilmədim,bilən varsa kömək etsin.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Kamran (2012-03-21 18:02:32)
PDF creator programınıda sınamağa dəyər

Milan (2012-03-14 11:50:40)
cox sagolun tesekkurler her birinize

Elvin Hacı (2012-03-14 09:19:52)
Salam. Siz Docs.google.com saytından istifadə edərək adi doc formatında sizə lazım olanı düzəldin, linklər, mündəricat və.s. imkanları var, onları edin, sonra Export PDF verin vəssalam. Asan və pulsuz.

Melik Memmedli (2012-03-14 08:54:13)
qardaş siz qısa yolu qoyub niyə uzun yolla gedirsiz? Yazılarıvı Word sənədində yaz və daha sonra kompüterinə Adobe Reader Pro versiyani yaz mütləq və mütləq PRO olmalıdır. Adobe Reader Pro-nu yazdığdan sonra Printerlər bölməsində Adobe PDF yaranır Printer kimi. daha sonra yazdığınız Word sənədini açın və Çap et əmrini verin printer menyusundan isə Adobe PDF seçin və sənədiniz avtomatik olaraq PDF səhifəsinə çevriləcək

Bahruz Garamammadov (2012-03-14 03:11:05)
Nəşriyatda daha çox QuarkExpress proqramından istifadə edilir. Bəzi hallarda Photoshop, İllustratora da ehtiyac ola bilər. Ama əsas işi Quark-da görürlər.

Emin Mastizadeh (2012-03-13 21:08:54)
Mən LibreOffic proqramı ilə düzəldirəm. Yazın,sonra yuxarıdan pdf işarəsinə və ya file,save as və ya export as pdf et. Proqram pulsuzdur. http://www.libreoffice.org/