Domen almaq

Salam,bilmək istərdim məsləhətli domen (.com) haradan almaq olar və onu aldıqdan sonra necə yönləndirmə edə bilərəm..?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

aqil_rm (2012-03-16 09:56:40)
Çox sagolun,çox köməyiniz dəydi.

Elvin Hacı (2012-03-16 02:06:09)
Salam. İlk öncə qısaca deyim ki, Wordpressdə etibarlı theme və pluginlərdən istifadə edərək sayt qursanız, heç bir əlavə tədbir görmədən təhlükəsiz bir sayta malik olmuş olarsınız. Arxayın olun. Ətraflı: Xeyr Wordpress-də hazırlanmış saytların sındırılma ehtimalı 0-a yaxındır, 0-dır demirəm, çünki heç bir sistemin mükəmməlliyinə 100% zəmanət vermək olmaz, insandır, hardasa kiçik xəta yapa bilər. Amma Wordpress core kodu üzərində illərdir çalışılır, ona görə də orada güman ki, artıq sındırılacaq nəsə qalmayıb, arabir(ildə bir, iki ildə bir) yeni versiyalarda kiçik security bug-lar olur ki, bunlar da qorxulu nəticələrə, sınmalara səbəb olacaq dərəcədə olmurlar. Amma yuxarıda dediklərim Core-yə aiddir. Theme və pluginlərin kodlarına Wordpress cavabdeh deyil, ona görə də onların ancaq etibarlılarını işlətmək, hansını gəldi yükləməmək, özünüz sıfırdan qurduqda da yaxşıca analiz etmək lazımdır. Məhz plugin və theme məsələsinə görə də Wordpressdə xeyli əlavə təhlükəsizlik metodları təklif olunur.. Bu barədə əla bir yazı var ingiliscə, lazım olsa oxuyarsınız: http://wp.smashingmagazine.com/2011/11/10/securing-your-wordpress-website/ Qısaca 3-nü sadalayım burada: admin userinin adını admin yox, başqa bir ad qoymaq. sql table prefixlərini wp_ yox başqa bir prefix seçmək. Bu iki metod saytda plugin və ya theme-lərdə ola biləcək boşluqlar zamanı baza və admin əmrlərini qoruyacaq addımlardır. wp-admin bölməsinə apache htpasswd parolu qoymaq - parolunuzu təsadüfən öyrənmiş adamın login olmasının qarşısını almaq üçün.

Shamil Nabiyev (2012-03-15 23:32:56)
Bu sualın cavabını Elvin Hacı verər. Mənim cavabım: dünyada 100% təhlükəsiz, 100% təhlükəsizlik deyə bişey yoxdu. Nəyinsə ölçü vahidi, göstəricisinin 100% olması mütləqlik deməkdir. Ümumiyyətlə bu dünyada, qalaktikada, kainatda mütləq olan hansısa ölçü vahidi, keyfiyyət göstəricisi var? YOX. YOXDU. və ya hələ ki mənə məlum deyil :) Mütləq olan hansısa ölçü vahidi, keyfiyyət göstəricisi bilirsinizsə bura yazın. Bütün ölçü vahidləri, keyfiyyət göstəriciləri NİSBİDİR.

aqil_rm (2012-03-15 21:30:48)
çox sagol..xxx mənlik deyil :) onun qiyməti var prosta,mənasi yoxdu :) bir söz də sorushum,wordpress vasitesile yaratdigim saytin tehlùkesizliyini nece artira bilerem? Umumiyyetle bele saytlari sindirmaq olur?

Shamil Nabiyev (2012-03-15 18:33:59)
Aqil_rm, məsləhətli domen??? .xxx.am bunlardan başqa qalanları məsləhətdi :) Haradan almaq?? www.domain.com www.register.com www.name.com və ... 34 700 000 ədəd nəticə ilə digərləri :) Sualın digər hissəsinə artıq Eyvazlı Ələkbər cavab verib.

aqil_rm (2012-03-15 08:03:33)
Çox sagolun,Allah razi olsun.

Eyvazlı Ələkbər (2012-03-14 23:58:53)
Salam Aqil bəy, Domainlər üçün adətən http://www.godaddy.com/ http://www.name.com/ istifadə edirəm. Saytlara daxil olaraq, sadəcə istədiyiniz domain adınıa axtarın əgər boşdursa add to card və proceed edin. Növbəti mərhələdə qeydiyyatdan keçib pulunu ödəyirsiniz. Daha sonra isə, istifadəçi panelindən DNS records bölməsinə daxil olub, edit dns tıklayırsınız və istədiyiniz nsləri yazırsınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Domain məlumat

.az domeni üçün hosting

NT şirkətinə domen sifarişi

Domenin axtarış sisteminə təsiri

Domain panel

Domen qiymətləri