Formatdan sonra sual işarələri

Salam mən komputerimi format etmişəm...Ancaq bəzi oyunlarda və ya proqramlarda yazıların əvəzinə suallar gəlir..Mən bu problemi aradan qaldırmaq üçün hansı proqramı yazmalıyam və yaxud nə etməliyəm...???

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Pervin (2012-03-16 10:08:16)
qaqa dediyin kimi etdim..anacaq yenə də itmədi…yenə oyuna girirəm suallar gəlir..unicodedan ruskiy rossiya yazılanı seçdim..perezaqruzka verdim..təzdən girdim ..yenə olmadı..

Pervin (2012-03-15 19:47:33)
qaqa dediyin kimi etdim..anacaq yenə də itmədi...yenə oyuna girirəm suallar gəlir..unicodedan ruskiy rossiya yazılanı seçdim..perezaqruzka verdim..təzdən girdim ..yenə olmadı..

Celal Suleymanov (2012-03-15 16:41:56)
Namiqiin fikir duzdu..bu problem ancaq Unicod problemidi...sadece Language bolmesinden dili deyisib rus dili qoyun.

BNM (2012-03-15 00:46:13)
Sual işarələri Yunikod dəstəkləməyən proqramlarda yazıların yerində çıxırlar. Bunu həll etmək üçün: Start - Control panel - Regional and language options - Administrative - Language for non-unicode programs hissədən dili Rusca seç.

Shamil Nabiyev (2012-03-14 23:35:55)
Heveskar, mən sonuncu dəfə Windows-dan 3 il bundan əvvəl istifadə etmişəm - XP SP2. Windows 7 mənim kompyüterdə olmadığından ayar, funksiya və s. haqqında məlumatım yoxdur. Google-da axtar MUİ for Windows 7. Əgər Windowsun format, virus, tez-tez donlamal, kompyuteri yeni işəsalanda 2 dəq gözləmək problemi səni bezdiribsə, keç Ubuntu -ya/ www.ubuntu.com PS. Bu mənəm. Shakiroglu.

Elvin Hacı (2012-03-14 23:06:39)
Təklifiniz maraqlıdır. Sadəcə biz ümumi universal sual-cavab saytı riskinə getmirik hələ ki. Çünki aznet elə bir saytı daşıyacaq qədər iri deyil. Çoxdur elə saytlar, sual-cavab yazsaz Google-da görərsiniz, amma onların tematikası tam geniş ola ola, cavablarnet təkcə İKT mövzusu üzrə olub onlardan dəfələrlə iri kontentə sahibdir. Ona görə də gələcəkdə yeni bölmələr açmaq fikrimiz var, amma bir-bir, zərurət olduqca, ümumi universal sayt şəklində yox

Elvin Hacı (2012-03-14 22:55:58)
Salam. Çalışarıq balları bərpa edək. Maddi xeyir nəzərdə tutursunuzsa, xeyr, elə bir şey yoxdur HƏLƏ Kİ. :) Amma digər faydaları var, yüksək bal yığanlar Ekspertlər bölməsində yer alır(nəzər sala bilərsiniz o bölməyə), orada adın olması özünütəsdiq və İKT üzrə hansısa sahədə mütəxəssis olmanın isbatıdır. Üstəgəl saytınız varsa, saytınıza daimi hipermənbə olaraq keçid deməkdir və.s.

Heveskar (2012-03-14 20:15:04)
Qaqa məndəki üindoüs 7 ƏS-də rus və ingilis dilləri var mən həmişə rusu seçirəm...Sən dəqiq bilirsən bu problem MUİ paketindədi ..?? mən onu necə tapa bilərəm...Ümumiyyətlə o nece olur..?? 1,2,3 versiyası belə şeyləri var..??

Shakiroglu (2012-03-14 19:30:45)
Elvin, qediyyatdan keçdim. Mümkünsə indiyədək cavablandırdığım suallara görə balları hesabıma köçürün. PS. Bu həqiqətən Mənəm, əvvəl yazdığım cavablarda qeyd etdiyim email-e ve profillimdəki email-e baxıb görə biləsiniz. Təşəkkürlər.

Shakiroglu (2012-03-14 19:19:22)
Elvin, toplanan balların mənə nə xeyiri var? Məsələn? cavablar.Net layihəniz çox uğurludu, mənim fikrimcə. Şəxsən mən çox bəyənirəm və alqışlayıram sizin bu gözəl əməlinizi. Bir çox insanlarda İT üzrə çətinliklər yarandıqda bura müraciət edirlər. Bir də Sizə bir təklifim var. Digər ikinci bir cavablar layihəsi hazırlayın, ümumi dünya görüşünü əhatə edən suallar üçün. Məsələn, otvet.[meil-ru] otvety.[quql-ru] kimi. Təklifimi nəzərə alacağınıza inanıram :))

Elvin Hacı (2012-03-14 19:03:25)
Shakiroglu, təklif edərdik ki, cavablarınızı login olaraq yazasınız. O halda profiliniz olar, ballarınız da ora toplanmış olar. Cavab arxiviniz formalaşar və.s. Hazırda ancaq qonaq olaraq cavba göndərirsiniz

Shakiroglu (2012-03-14 18:57:47)
Heveskar, Siz hansı əməliyyat sistemi yazmısınız?? Güman edirəm yeni yazdığınız ƏS rus dilindədir. Ona görə bəzi ingilis dilində olan programları , oyunları açanda belə problemlər olur. Məndə belə bir problem olmuşdu. XP rus dilində. MUI paket tapdım, ingilis dilini yazdım problem həll olundu.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Formatdan sonra kompüterin səsi çıxmır

Windows Phone format etmək

Flaşkart Açılmır

CD diskdə format

Yeni windows 8 ilə olan kompüterə xp yazmaq

BIOS menyu açılmır.