Doğurdan? Siz onda bunu Jaf-ı düzəldənlərə xəbər edin, onlar hələdə deyirlər ki, onların proqramları Box-suz versiyanı aşağı sala bilmir.
Emin, mən J.A.F ilə (BOX-suz) öz telefonumun yamasını aşağı da salmışam, yuxarı da yüksəltmişəm. Sadəcə J.A.F dan istifadə etməyi bilmək lazımdır.
Buyurun: http://www.sfiflasher.ro/showthread.php?20-HOW-To-Update-Downgrade-JAF-BOX-Firmware
Nokianın servis mərkəzində telefonun proqramını yenidən yaza bilirlər. Xarab olanda servis mərkəzinə gedirsən düzəldirlər. JAF isə yalnız yuxarı versiya üçündür. JAF Box amma versiyanı aşağı sala bilir.
Jaf Box olduğunu bilirəm. Amma bu Jaf Box haqqında internetdə yaxşı məlumat tapa bilmirəm. Zəhmət olmasa, bura heç olmazsa linkdə qoyardınız. Düzgün yazılmış məlumat.
isiqaqa, yamanı (firmware) aşağı salmaq (downgrade) heç vaxt məsləhət görülmür və bunu edən vaxt kiçik bir səhv edilərsə telefon adi oyuncaq olur (xarab olur və düzəlmir). Mobiland.az/forum-da bu barədə təcrübələri olan istifadəçilər var. Həvəsin olsa qeydiyyatdan keçib o forumda istədiyini axtar, tapmasan sual ver.
Emin, JAF-la bunu etmək olur, Box isə vacib deyil.
Bunun üçün sizə Jaf yox, Jaf Box lazımdır. Yalnız o proqram versiyanı aşağı sala bilər. Digər hallarda bu mümkün deyil.