Python yoxsa birbaşa Java?

Hamınızı salamlayıram. İnanıram ki, proqramlaşdırma üzrə mütəxəssislər mənin sualıma aydınlıq gətirəcəklər. Proqramlaşdırmanı əlavə məşğuliyyət olaraq öyrənmək istəyirəm. Mənim artıq Maliyyə üzrə ali təhsilim var. Orta məktəbdə alqoritm qurmağı öyrənirdik. Özüm üçün (maraq xatirinə) bəzi desktop proqramlar yazmaq istəyirəm. Məsələn, gəlirə görə vergilərin hesablanması, əmək pensiyasaının hesablanması, "1C"-yə bənzər kiçik, sadə bir proqram və s. bu tipdə. Python-da GUI yaratmaq üçün PyQt istifadə etməyi planlaşdırıram. Amma əvvəlcə Python-u ətraflı öyrənməliyəm. Yəqin 1 ilə yaxın vaxt lazım olacaq bunun üçün. Yoxsa fikirləşirsiniz ki, bunlar hamısı vaxt itkisidi, birbaşa Javanı öyrənməyə başlayım? Cavablarınızı səbirsizliklə gözləyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Shamil Nabiyev (2012-03-15 13:31:41)
Ramin müəllim, cavaba görə təşəkkür edirəm. Mən hansı dilin digərlərinə nisbətən asan öyrənilməsi və anlaşılar olmasını bilmək istəyirəm. Yəni ki, mənim proqramlaşdırma barədə biliyim yoxdu. Java-ya aid bir neçə kitaba baxdım, başlanğıc mövzular oxudum, amma terminlər, anlayışlar çətindi mənim üçün. (Хорстманн К., Корнелл Г. - Java 2. Библиотека профессионала. 7-е издание. Том 1 - Основы - 2007) "Марк Лутц - Изучаем Python - 4-е изд - 2011" bu kitabdan başlanğıc mövzuları oxumuşam. Nisbətən anlaşılar şəkildə izah edilir. Bəlkə Java-nın mənə çətin anlaşılar olmasının səbəbi düzgün kitab seçmədiyim üçündür? http://cavablar.net/2010/06/09/java-nədən-baslayim/ sualda olan cavablara da baxdım. Siz orda bəzi kitablara link vermisiniz, onlara da baxdım.

Ramin Orucov (2012-03-15 00:12:17)
Əleykə salam. Əgər məqsəd desktop proqramları yazmaqdırsa. onda C# və ya Delphi daha rahat olar. Javada desktop proqramları yazmaq əziyyətlidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Proqramlaşdırmada Məntiq anlayışı

Java-nı öyrənmək

MySQL-Java

Java və android proqramlama nı öyrənmək istiyirəm.

Java proqramlaşdırma dili üçün Azərbaycan dilində və ya Türk dilində Material kimdəsə var?

java – Steganography