iTunes U & iPhone 3gs

Salam bəylər, xanımlar. Saulım iTunes-lə bağlıdır. Bildiyiniz kimi, iTunes U(niversity) layihəsi çərçivəsində iTunes U deyə application hazırlanıb. Applicationun mahiyyəti, dünyaca məşhur universitetlərin fərqli ixtisaslar üzrə leksiyalarının, kurslarının pulsuz olaraq internetdə yerləşdirilməsidir. Lakin həmin app iOS 4 istəyir. Fəqət məndə iPhone 3gs olduğuna görə iOS 3.0 dır və buna görə də applicationu yükləyə bilmirəm. Mən iTunes vasitəsiylə bəzi video kursları bilgisayarıma yükləmişəm, sualım da elə bununla bağlıdır. Həmin videoları telefona necə göndərə bilərəm? Öncədən təşəkkür,

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Eyvazlı Ələkbər (2012-03-15 23:09:52)
Unlock proses olaraq sadədir, fəqət 5.0 a keçəndə telefonun ümumiyyətlə işləməmə ehtimalı 25% ə bərabərdir. Bu baxımdam unlockdan qaçmağa çalışıram. Gərək bir dənə planşet alım :)

Bahruz Garamammadov (2012-03-15 08:52:34)
siz upgrade edin sonra bir də unlock edərsiniz. bildiyim qədər unlock sadə prosesdir.

Eyvazlı Ələkbər (2012-03-15 08:30:31)
Sadəcə məndə problem ondadır ki, telefon unlock olunub və iOS upgrade edilən kimi unlock itəcək. Unlock edə bilmədiyimə görə, bu variant hələlik alınmır.

Bahruz Garamammadov (2012-03-15 08:13:26)
iPhone 3gs üçün iOS4-ə upgrade var iPhone 4 çıxmamışdan qabaq. Upgrade edin telefonun sistemini. Sadə prosesdir, əsas kəsintisiz sürətli internet lazımdır. Qalan işi telefon-kompyuter görür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Apple cihazlarının orginal detalları yalnız öz zavodlarında olur ? (display,chip)

Iphone 5 Itunes problem.

itunes mahnı yüklərkən əvvəlkilər silinir

iTunes ödəniş

iPhone 6 restore və update zamanı 4005 xətası alıram

iTunes silinmir.