Hər kəsə salam! Mən bilmək isyərdim ki, neobux vasitəsilə rahat necə pul qazanmağı məsləhət görürsünüz? Məsələn bu saytda standard account ilə heç demək olar ki, pul qazanmaq mümkün deyil. Bəs bu saytdan rahat pul qazanmaq üçün nə etmək olar? Yəni nə qədər referral alıb, neçə günlük(aylıq) qızıl akkaunt alıb, işə başlamağı məsləhət görürsünüz? Və bu sayt haqqında bəzi suallarım var.
1) Neobuxda referral aldıqda bu referrallar 1 aylıq olur? yoxsa həmişəlik alırsan?
2)Neobuxda qazanılan pulu hansı yollarla çıxarmağı məsləhət görürsünüz? Paypallla yoxsa Alertpayla? Əgər paypalla çıxartsaq, onda həmin pul mənim kartıma keçəcək? Mən bildiyimə görə heç deyəsən uje Alertpayda karta pul köçürmə sistemini dayandırıb.
3)Bu saytdan yaxşı pul qazanmaq üçün qızıl akkaunt almaq vacibdirmi? Yoxsa təkcə referrallar bəs edər?
4)Mən saytda qızıl akkauntların qiymətlərini bilmirəm. Xahiş edirəm qiymətlərini bura yaza bilərsiniz?
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
2
Cavab: bu hamısı FIRILDAQDI, NeoBux saytın adminindən başqa heç kəs pul qazanmır.
cavab 1) 2) 3) 4) İnternetdə maraqlı çoxşey var. Belə fırıldaqlara vaxtını sərf etmə. İnternetdən Pul qazanmaq istəyirsənsə , Web proqramlaşdırmanı və Web texnologiyaları yaxşı öyrən, özünə komanda yığ, gözəl və maraqlı bir WebSayt yarat, sayta gündəlik 10-15 min istifadəçi cəlb etməyə nail olduqdan sonra, reklam agentliklərinə saytda reklam yeri satdığını bildir. Və ya onlar özü səni axtarıb tapacaqlar, bu proyektin nə dərəcə uğurlu olmasından asılıdır 😉
Uğurlar
2
Əsas cavab: bux saytlarının heç birindən rahat pul qazana bilməyəcəksiz.
1) referal ömürlükdür.
2)Hansı yolla istəyirsiz çıxarın,onsuz da bu servislərdən Azərbaycana pul göndərilmir, pulunuzu ancaq onlayn ödənişlərə xərcləyə biləcəksiz,çıxara bilməyəcəksiz.
3)qızıl accountda daha çox faiz gəlir.
4)Saytda qızıl account düyməsinə baxın, oradan qiymətlərlə tanış ola bilərsiz.
0
Niyə bux saytlarının heç birindən rahat pul qazanmaq olmur ki? Axı internetdə hamı neobux saytının real olduğunu deyir axı.
0
Əslində İnternetdə bu tip saytlar haqqında müxtəlif fikirlər var bəzisi deyir ki konkret ödəmə edir Biri deyir uzun müddət sonra da olsa ödəmə edir digərləri isə sadəcə saxtakarlıqdı deyir… İnternetdən pul qazanmağa qalsa Azərbaycan lahiyəsindən danışaq Badambura.Az onda belə çıxır bu da fırıldaqçılıqdı?
Əgər fırıldaqçılıqdısa çoxdan bu saytların sahiblərini həbs eləyərdilər… Əslində indiki dövrdə insan nəyə inanacağını bilmir ki…
Mən o saytların bir çoxuna üzv olmuşam. Hətta ordakı hesablarımda 3000 dollardan artıq pul toplanıb. Sonra da saytı ləğv ediblər. Ona görə də onların demək olar ki hamısı fırıldaqçılardı.
0
Mən indi istərdim ki, indi bu neobux saytına 20 dollar qoyub, 100 referal alım. 1 aya hardasa 40 dollar pul eliyir. Qızıl akauntuda sonra alaram. Nə deyirsiniz? Fikirləriniz nədir?
Salam.Qardaş sen əminsənki onlar sənə 100 aktiv referal verecek?O qədər qeydiyyatdan keçib daha girməyənlər varki.Qazanmaq üçün riskdə etmək lazımdır.Sən 100 referal al serf etsə mənə də xəbər ver 🙂
0
Görək də digər istifadəçilər də fikirlərini yazsınlar, administrator da fikrini yazsın görək.
0
Niyə cavab yazmırsınız axı?
0
Əslində belə saytlarla həftələrlə zaman keçirirsən pul verir amma sonra deyir gəl referal al daha çox reklam al sat qazan nə qədər alsanda referalların qiymətinin qalxması ladüddür. Paypala köçürmədə isə fırıldaq baş verir demək olar heç köçürmürlər nə iləsə bəhanə gətirirlər. Bunlardansa Qnet kimi şəbəkələrdə uğur əldə etmək daha rahat və asandı.
Sual verin
Cavab verin