WP saytda ə hərfinin görüntüsündəki qeyri sabitliklə ilgili

Salam Dostlar! Yeni təsbit etdik ki, bəzi internet klublardakı bilgisayarlardan saytımıza İnternet Explorer-lə girdikdə ə hərfinin yeri boş kvadrat şəklində görsənir. Opera ilə qoşulduqda isə ə hərfi normal olaraq görsənir. Amma, bu hal bütün klublarda belə olmur. Yəni, əksər klublardakı bilgisayarlardan, həmçinin öz bilgisayarlarımızdan istənilən brauserlə qoşulduqda, saytımızda ə hərfi də digər hərflər kimi normal görsənir. Qeyd edək ki, sayt Türkcə dil dəstəkli WP sistemindədir. UTF8 var. (Əvvəlcədən mövcuddur, yəni, sonradan əlavə olunmayıb.) Sizcə, saytımızda ə hərfinin bəzi bilgisayarlarda normal, bəzilərində isə boş kvadrat şəklində görsənməyinin əsas səbəbləri nə ola bilər və problemi necə aradn qaldıra bilərik? Cavablarınız və yardımınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

E. Hacı (2015-03-30 17:56:01)
Əgər o kodla da həll olmursa deməli sizin saytın fontu sırf ingilis əlifbası üçün olan xüsusi fontdur və ona görə dəstəkləmir.

Vaska (2015-03-30 14:24:49)
Salam ümumiyətlə ə hərfi problemin necə aradan qaldırmaq olar? --------------------------- -------Ana ----------Sehifə bu cür yazdıqda ə hərfi boş gəlir görüntüdə. head arasına bu kodu yerleşdirdim yene olmadi

Jurnalist (2012-04-07 23:11:00)
Dediyiniz kimi problemin İE6-nın zəifliyindən yarandığı məlum oldu. Amma, maraqlıdır ki, reading-otions.php-de UTF-8 qeyd olunmasına baxmayaraq, nədənsə Header.php-de utf8 tagına rastlamadıq.Odur ki, əlavə olaraq,bu tagı əlavə etdik.[code]<meta http-equiv="Content-Type" content="text/html charset=UTF-8" />[/code] İlginiz için hər birinizə təkrar təşəkkürlər!

Samxal Meherremov (2012-03-19 13:21:33)
UTF-8, aydındır:) Şübhəmin nə olduğunu deyim, bəzi modullarda bunu bitişik yazırlar UTF8 və ya utf8. Bunu da ki İE 9-cu versiyaya qeder tanıya bilmir. Digər brauzerlərdə problem olmur amma.

Elvin Hacı (2012-03-19 09:37:28)
Salam. Sizdə saytda hər şey qaydasındadır məncə. Sadəcə olaraq İnternet Explorer 6 və fontların emalı ilə bağlı problemdir. Google Analytics-dən də baxa bilərsiniz ki İE6 payı nə qədərdir. Çox güman ki 2-3%-i keçməyəcək. 2-3%-ə görə də saytın dizaynına xələl olan font dəyişimi etməyə gərək yoxdur fikrimcə :) Məsləhətim bu olardı ki hazır Old browser warning pluginlərindən istifadə edin. Ki sayta o tip yararsız brauzerlə girən istifadəçiyə saytda iri formada xəbərdarlıq mesajı çıxsın və daha müasir brazuerlər təklif olunsun.

Jurnalist (2012-03-19 02:41:19)
Öncə ilginizə görə təkrar təşəkkürlər, bəylər! Şamxal bəy, Sizin dediyiniz hissədəkı aşağıda yerləşən qutucuqda UTF-8 qeyd edilib.

Samxal Meherremov (2012-03-18 10:50:03)
Salam. Bu ünvana keçin /wp-admin/options-reading.php Kodirofka nədir? Və necə yazılıb? Bura qeyd edin. Bir xırda şeydən şübhəm var.

Farid (2012-03-18 01:26:42)
İElikdir

Tural Əlisoy (2012-03-18 00:33:19)
Məncə bu ie-lik məsələdir. Saytda probkem yoxdur. Ola bilsin köhnə ie-lərdə ə hərfi kvadrat şəkildə görsənir

Jurnalist (2012-03-17 23:50:47)
Əlavə Qeyd: Saytdakı hazırkı şrift forması Verdana təyin edilib.