WordPress yazılarının share zamanı encoding səhvləri

Problem blog yazılarımı sosial şəbəkələrdə paylaşdığım zaman yaranan encodingin düzgün olmamasından ibarətdir. Məlumat bazası da, wordpress settings`də də, wp-config.php faylında da, charset utf8 kimi qeyd olunub. Blogun özündə də problemsiz görsənir, ancaq share olunarkən, təsvirdəki mətndə səhv olur. Screenshot

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Musa Punhan (2012-03-21 01:48:13)
Düzəldi! Xeyli minnətdarlıq edirəm!

Elvin Hacı (2012-03-20 21:32:39)
Bəli bütün şəbəkələrdə elə də olmalıdır indi, çünki META var header-də bu işə cavabeh. onun dəyəri səhv kodirovka ilədir. Səbəb idə dediyim plugindir

Musa Punhan (2012-03-20 21:23:57)
Təşəkkürlər! Cəhd edərəm, ancaq eyni problem həm də, misal üçün, Google+`da paylaşanda da müşahidə olunur.

Elvin Hacı (2012-03-20 18:29:16)
Updated: səbəb elə odur, o plugin facebook üçün hazır mətn generasiya edir, amma plugin özü utf8 ilə işləmir deyə belə əcaib şeylər edir. Beləliklə sadəcə o plugini deaktiv edin, facebook opengraph like... bu tipli ada malik bir plugin. Sonra ona alternativ taparsız, əsas odur indi bu ciddi problem çözülsün

Elvin Hacı (2012-03-20 18:26:25)
Salam. Ilk baxışdan mənə də hər şey normal göründü. header.php-də [code]DeyÉ�sÉ�n, heç[/code] bu tip simvollar var onlardır səbəb. Tanınmayan simvollar var orda bəlkə onları silib save edib bir də cəhd edəsiniz? Birbaşa header.php-də olmaya da bilər o, deyəsən hansısa pluginin(facebook like button openm graph) generasiya etdiyi yazılardır. Onları kənarlaşdırıb bir də cəhd edin. Amma artıq paylaşdığınlz səhifələri etməyin indi hələlik, çünki facebook onları yaddaşında saxlayıb artıq, dəyişiklik orda əks olunmayacaq bir müddət. Keçmiş arxiv səhifələrinizlə test edin. İndi mən yenə baxacam, bəlkə problemin əsl səbəbi başqadır deyə