Modemin unudulmuş şifrəsini tapmaq

Salam mənim adsl Tp-link modemimin parola və istifadəçi adı admin idi indi yazıram girmir nə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Emin Mastizadeh (2012-03-24 14:47:47)
Ora daxil olmaq üçün adminin şifrəsini yazmaq lazımdır.Adminin şifrəsini bilsələr modemin svoystvaları nəyə lazımdır?

Zeyko (2012-03-24 13:19:04)
modemin svovstvasindan tapa bilersiz...

Tural Əlisoy (2012-03-23 21:07:12)
məsələ burasındadır ki, o qaydanı yəni reseti məndə etmişəm lakin nəticə eynidir. heç bir fərqi yoxdur

Emin Mastizadeh (2012-03-23 20:42:48)
Burada firma ayrı-ayrı versiyalar üçün 3 mövcud üsulu yazıb: http://www.tp-link.com/en/article/?id=82

Rafael Ismayilov (2012-03-23 20:40:45)
Tural bey siz yazilan cavablardan sonuncuya, qirmizi ile yazilani diqqetle oxusaydiniz, orada restart barede yazilib. Bu da Onun caresidir (axirinci variant).

Tural Əlisoy (2012-03-23 20:34:38)
Rafael bəy əgər suala diqqətlə baxdınızsa bunu özüdə edir, lakin alınmır.

Rafael Ismayilov (2012-03-23 20:26:03)
Burada cavab yazilib baxa bilersen

Emin Mastizadeh (2012-03-23 20:15:16)
Modemi lan kabel ilə qoş. Lan kabeldə əksər modemlərdə adminin şifrəsini soruşmur)) Mən ə yaddan çıxartmışdım,belə həll etdim.Bir də Tural deyən kimi,modemin dalında boş yer var,altına reset yazılıb. Ora məftil taxın və beləcə modemdə bütün dannılar silinəcək və əvvəlki login olacaq. Bəzi modemlərdə əvvəlki login admin/admin olmur. Bunu həm googleda default password +modeminizin versiyası yazaraq tapa bilərsəz.Həmçinin modemin altında və məlumat kitabçasında olur.

Tural Əlisoy (2012-03-23 19:59:36)
bu problem hazırda məndə də var. təəssüf ki, özümdə tapa bilmirəm. hətda modemi resetləsən belə yenə əvvəl ki kimi işləyir