Linuxda bəş (bash) skripti ilə internetin bərpası

Tez-tez kəsilən İnternet əlaqəsinin avtomatik bərpa olunması problemini skript vastəsilə həll etdim. Həlli paylaşmaq istəyirəm. Problemin detalları: İnternetə simsiz qoşuluram(wireless). Əməliyyatlar sistemi GNU/Linux - Fedora 15. İri həcmli (xGB)faylın yüklənməsi zamanı internet əlaqəsində kəsintilər olur. Əgər əlaqənin bərpaolunma vaxtı müəyyən intervalı keçirsə (bir neçə saat) faylı yenidən yükləmək lazım gəlir (hostdakı müvəqqəti fayl silinir). Yəni periodik olaraq (hər 1-2 sattdan bir) əlaqənin olub-olmadığını yoxlamalısan. Əgər əlaqə itibsə bərpa etməlisən. Çox üzücü olsa da gündüzlər bunu eləmək mümkündür, amma gecə hər-saatdan bir yuxudan qalxmaq problemdir. Qeyd eliyim ki, Network manager - in əlaqə itəndə avtomatik bərpa et funksiyası ya yoxdur, ya da normal işləmir(ya da ki, mən bilmirəm necə istifadə olunur).

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2012-03-26 17:04:03)
Problemin həlli: [code] #!/bin/bash COUNTER=1 #sonsuz dövr while [ $COUNTER -gt 0 ]; do sleep 20 #20 san gözlə #əlaqəni yoxla var=$(cat /sys/class/net/wlan0/operstate) #yoxdursa bərpa et if [ "$var" == "down" ]; then ifup /etc/sysconfig/network-scripts/ifcfg-XLink fi [/code] done Yuxarıdakı script hər 20 saniyədən bir əlaqənin olub-olmadığını yoxlayır, əgər yoxdursa bərpa edir. Skript sonsuz icra olunur. Əvvəlcə izahı verim, daha sonra yekin skripti daxil edərəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu unicode problemi

Kernel developer olmaq üçün hardan başlamalı

Linuxda Assembler dili ilə proqramlaşdırma

Linux platformasinda photoshop ishleyen hansi OS var?

Skripti sayta necə qurraşdırım?

Linux Ubuntu