Java və C++ #include

Java main funksiyadan digər classlara müraciət etmək olar bəs c/c++ dilində bu necə edilir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

ahmed (2012-03-28 13:01:54)
Burada iki hal var: Siz çağırmaq istədiyiniz funksiyanı həm include (header), həm də cpp faylında elan edə bilərsiniz. Aşağıda hər iki hala aid nümunə verilir. cpp halı: cem funksiyasının proqram kodu cem.cpp faylında tərtib olunur və ona main.cpp faylından müraciət olunur main.cpp faylının mətni [code]//main.cpp #include <iostream> // cem funksiyasini elan edirik // extern onun kodunun ayri cpp faylinda // oldugunu bildirir extern int cem(int, int); int main(){ // cem funksiyasina muraciet edirik std::cout<<"6+5 = "<<cem(6,5)<<"\n"; } [/code] cem.cpp faylının mətni [code]//cem.cpp //cem funksiyasinin proqram kodu int cem(int x, int y){ return x+y; } [/code] Kompilyasiya və icra eləsək: [ferid@fedora tmp]$ [ferid@fedora tmp]$ g++ main.cpp cem.cpp -o prg [ferid@fedora tmp]$ ./prg 6+5 = 11 [ferid@fedora tmp]$ Gördüyünüz kimi hər iki fayl birlikdə kompilyasiya olunub include halı: main1.cpp faylının proqram kodu [code] //main1.cpp #include <iostream> //cem funksiyasinin elan olundugu //bashliq faylini proqrama elave edirik // cem.h faylinin iostream -den ferqli olaraq // <> ishareleri ile deyil, "" ile daxil edildiyine // diqqet yetirin #include "cem.h" int main(){ // cem funksiyasina muraciet edirik std::cout<<"6+5 = "<<cem(6,5)<<"\n"; } [/code] cem.h faylının kodu [code]//cem.h // cem.h faylinin proqrama tekrar qoshulmalarinin //qarshisini almaq ucun ashagidaki derektivlerden //istifade edirik #ifndef CEM_H #define CEM_H //cem funksiyasinin proqram kodu int cem(int x, int y){ return x+y; } #endif [/code] Kompilyasiya və icra eləsək: [ferid@fedora tmp]$ [ferid@fedora tmp]$ g++ main1.cpp -o prg1 [ferid@fedora tmp]$ ./prg1 6+5 = 11 [ferid@fedora tmp]$ Burada kompilyator olaraq g++ -dan istifadə olunur. include fayllarında elə də problem olmur və bütün kompilyatorlar demək olar ki eyni işləyir. Amma bir neçə cpp fayllarının birgə kompilyasiyası kompilyatordan asılı olaraq müxtəlif cür ola bilər.

dragon_700 (2012-03-27 18:48:29)
Salam. Sualımı cavablandırdığınız üçün təşəkkür edirəm. Ancaq mən bunu nəzərdə tutmurdum ola bilər sualın qoyuluşunu düz qoymamışam mənim istədiyim mənim birr .cpp faylım var və o faylı başqa bir .cpp faylında işlətmək istəyirəm. necə ki, java da eyni paketde yaratdıqmız classları main classdan çağıra bilirik. mən də bilmək istəyirəm ki c/c++ dilində də bir programdan başqa bi programın kodu olduğu faylı çağıra bilərəmmi? məsələn biz [code]#include <stdlib.h> #include <stdio.h> [/code] yazdığımız zaman avtamatik olarak printf, scanf, system kimi funksiyalara muraciət edə bilirik bəs muraciət etdiyim funksiya başqa bir cpp faylındadırsa mən onu yaza bilərəm?

ahmed (2012-03-27 16:29:52)
C dilində class tipi təyin olunmayıb. C++ -da isə müraciət hər hansı class tipində təyin olunan funksiyaya yox, həmin tipdən elan olunmuş obyektin funkiyasına ola bilər. Əgər bu obyekt verilmiş funksiya (main və ya hər hansı qeyri) üçün qlobaldırsa və ya onun daxilində elan edilirsə onda adi qaydada müraciət olunur. Əgər sinif tipinin proqram kodu ayrı başlıq faylında təyin olunubsa onda #include direktivi vastəsilə həmin class -ın elan olduğu faylı proqram koduna əlavə etməklə class -dan birbaşa istifadə etmək olar. Lakin istifadədən əvvəl bəzən [code] extern class clasın_adı;[/code] sətrini əlavə etmək də tələb olunur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mən Java proqramında işləməyi öyrənmək istəyirəm.

Turniket proqramı, Golden Gate 2002

C# imtahanı

Sudoku həlli üçün C++da proqram

Oyunlar hazırlamaq

Java swing project setup