Biləcərinin poçt indeksi və rüsumla bağlı kömək

Salam.Bağışlayın bir sualım olacaqdı.Mən Biləcəridə yaşayıram,anama demişdim poçtdan öyrənsin poçta kodunu və ebaydan gələn bağlama sayına tutulan məbləği.O da öyrənib,qız deyib ki təzəyəm qiymətləri bilmirəm,ama poçt kodu 1117.Mən isə nəsə bu poçt koduna şübhə edirəm.Xahiş edirəm aydınlaşdırardız da bu kod ola bilərmi?

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Ayka_Glamurka (2012-04-04 23:19:23)
Ok :)

Tural Əlisoy (2012-04-04 23:06:34)
zəhmət olmasa bunu az əvvəl verdiyiniz sualda yazardız. orda cavablayardım :)

Ayka_Glamurka (2012-04-04 23:03:00)
Poçt ünvanıma 6cı addım gelib bəli. İndi bank bağlıdır, bu kodu neçə vaxta öyrənə bilərəm ? Bildiyim qədər ilə 24 saata düzdü ? Balansımda 50$ var.Birdəki mən ünvanımı bu cür daxil etmişəmbaxardızda düzdü ? 1ci ünvana Baki seh, Bineqedi ray,Bileceri qes, 2ci ünvana isə Melik Aslanov kuc,Bu cur adres düzdü ?

Tural Əlisoy (2012-04-04 22:54:32)
6-cı addım üçün spam qutusuna baxın bəlkə ora gəlib? 7-ci addımda isə ora daxil oluz. sonra kartı hansı bankdan almısızsa, zəng edib soruşuz ki, sizə paypaldan 4 rəqəmli şifrə gəlməyib ki? əgər gəlibsə o şifrəni həmin yerə daxil olaraq qeyd edirsiz. vəssalam. bu arada kartınızın balansında 2 dollar olması vacibdir

Ayka_Glamurka (2012-04-04 22:41:39)
Yeess qeydiyyatdan keçdim, ama 1 sualım da var xahiş edirəm mənə kömək edin. http://alisoy.info/2012/01/20/paypal-hesabi-necə-acilir/ - Mən bu linkdən 1ci, 2ci, 3cü addımı keçdim, 4cu addım mənə gəlmədi, 5ci addımı mən doldurdum, 6cı addım gəlmədi. 7ci addımdan sonra nə edim bilmirəm.Mən hansı kodu bankdan almalıyam ? Bizə verilən parolumuz olmalıdı o ?

Ayka_Glamurka (2012-04-04 22:19:23)
Mənim sualım qaldı ee :( Mən hansı nömrəmi yazıram paypalde diyir cari nömrənizi yazın :( Kömək edin de please :(

Ayka_Glamurka (2012-03-30 19:01:56)
Tarlan bey tesekkurler cavab ucun.Menim ucun problem paypalde qeydiyyatdan kecib,xarici sehiflerdn sifaris etmyi oyrenmekdi,ama helki paypalda qalmisam,nomrei qebul etmir

Ayka_Glamurka (2012-03-30 18:58:40)
Beli beli Tural bey tocnu bunun kimi edirem.Sadece nomreni yaziram qebul elemir.Bu saytdaki kimi eyni prosesi gedirem.http://alisoy.info/?p=821

Tural Əlisoy (2012-03-29 12:09:20)
zəhmət olmasa deyərdiz siz bu proses zamanı xanaları dolduranda nə kimi problem çıxır? yəni deyirsiz nömrənizi yazırsız olmur. səhv olaraq nə göstərir? şəkildə göstərdiyim tərzdə edirsiz?

Tarlan Umud (2012-03-29 00:55:19)
Ayka xanim, sizin ucun esas problem nedir? Belke komek ede bildim

Ayka_Glamurka (2012-03-29 00:21:15)
Mən xarici səhifələrdən sifariş etməyi bilmirəm.Burda profanlar üçün yazılanları oxuyub başa düşmüşəm çox şeyi ama sifariş verməyi və s kimi mövzuları bilmirəm.Birdə sizin sehifədə də paypalde qeydiyyatdan keçmək istəyirdim,ama mobil nömrəmi də yazıram olmur,ev nömrəmi de.Google Chrome ilə yoxlayıram.

Tural Əlisoy (2012-03-28 22:50:24)
Ayka xanım belə problem yoxdur. Amma onuda deyim ki, bu sahədə o qədərdə təcrübəm yoxdur. Sizə bildiklərimi demişəm. TƏklif edirəm sualınız olsa təkrar buraada yaza bilərsiz. Mən bilməsəmdə bilən dostlar cavablasın

Ayka_Glamurka (2012-03-28 19:27:48)
Salam.Cavabınız üçün çox sağolun.

Ayka_Glamurka (2012-03-28 19:26:29)
Çox tsk edirəm Tural bəy.Mən Azerpoçtun saytında axtarmışdım ama ümumi Bakı ve rayonların kod indekslərini tapmışdım.Rüsumla bağlı qiymətləri bilirdim,ama hər ehtimala qarşı poçtdan maraqlanmışdım,onu da bilmədiyi üçün indekse de şübhə etmişdim.Sizinlə əlaqe yaratmaq şansım var mı Tural bəy? Yalnış anlamasaz əgər.

Farid (2012-03-28 16:09:04)
Salam Xanım.məndə ebaydan alver edərkən indeksi bilmirdim amma Azərbaycanın indeksinin 1000 olduğunu bilirdim.1000 yazdım mal gəlib 13 günə çatdı.Amma dövlət rüsumu barədə bilmirəm.

Tural Əlisoy (2012-03-28 11:49:28)
Salam. Xanım poçtun indeksin düz deyib. Azərpoçtun saytında indekslər barədə məlumat var. Verdiyim saytda lap aşağıda sizin poçt indeksiniz göstərilib. Googleda da araşdırdım elə bu koddur. Qaldı ki, rüsuma, siz bu suala baxın zəhmət olmasa. Ümid edirəm köməkçi oldum.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrük rüsumu

paypal transaction list

eBayda səhv

qol saati

Ebay dan necə alım?

eBay Purchase History