“Software Tester” haqqında

Salam. Azərbaycanda proqram təminatı hazırlayan şirkətlərdə (məs: Sinam, Dilmanc, RİSK və s.), Web Studio-larda,, öz tələbatları üçün proqram təminatı hazırlayan şirkətlərdə (məs: banklar, mobil operatorlar və s.) "Software Tester" vəzifəsi var?? Yoxsa bu işlə "Software Developer"-lər özləri məşğul olurlar?? Mümkünsə çalışdığınız şirkətdə nəcə olduğunu yazın:

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Bahruz Garamammadov (2012-03-29 09:31:36)
Elə deyil. xaricdə əsas biznesi softvvare olan hər şirkətin ayrıca testerləri olur. yaxşı da maaş alırlar. yuxarıda təsvir etdiyinizdən daha geniş sahədir. Əhalidən tester kimi istifadə çox vaxt open source ya da pulsuz məhsullarda olur. BU da testing demək deyil. Sadəcə gözdən qaçmış, bəzən də çox ciddi problemləri düzəltmək üçün. ama həmin beta məhsul da yetərincə guclu testdən keçib sadə istifadəçiyə ötürülür. Risk, Sinam yetərincə ciddi məhsullar yazır yəqin ki test edirlər. ayrıca vəzifə kimi olmasa da developer test edir. testerin işi haqda ətraflı məlumat üçün: http://en.wikipedia.org/wiki/Software_testing

Emin Mastizadeh (2012-03-29 03:56:05)
Xarici şirkətlərdə tester kimi əhalidən istifadə olunur.Soft yazılır,beta versiya kimi paylanılır,istifadəçilər səhvləri tapıb xəbər edirlər və beləcə soft test olunmuş olur. Bizdə isə şirkətin öz developerləri hərə öz sahəsi üzrə test edir.Buna görə ayrıca iş yeri ayıran az olur. Dünyada yalnız məşhur oyun şirkətlərinin az bir hissəsi belə bir iş təklif edir,bir dəfə bu haqda məlumat vermişdilər. Həmin şirkətdə də testerlər eyni zamanda həm də developerlər idilər,amma əsas işləri gün boyunca oyunun yeni versiyasını oynamaq idi) Belə iş olsa hamı cumar)) istirahət et və pul qazan)