Herokudan istifadə qaydası

Heroku.com-dan necə istifadə edilir?faylları necə idarə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Arif Cavadov (2012-03-31 08:27:22)
bu herokudan baş çıxardım ilk işim 1dənə videolu dərslik çıxartmaq olacaq inşallah..:)

Elvin Hacı (2012-03-30 14:42:06)
Dokumentasiyası var Herokunun aydın şəkildə. Ordakı təlimatlara uyğun olaraq qurmalısınız php applicationu. Bu işin qaydası budur, Heroku üzrə təcrübəsi olan adam azdır, çünki tələbat azdır, təcrübəsi olan belə tapılsa o da sizi yönləndirəcək dokumentasiyaya. Madam ki, php bilirsiniz, sizin üçün heç bir çətinlik olmamalıdır.

Arif Cavadov (2012-03-30 13:54:05)
mən php bilirəm..facebookda birneçə proqramım.həmişə öz hostingimdən istifadə etmişəm ancaq facebookun SSL-dən istifadəyə başlaması məni məcbur edir ki ya əlavə pul ödəyib SSL alam vəya facebookun təklif etdiyi Heroku-dan istifadə edəm.Heroku-da fayıllar necə idarə olunur?o barədə kömək göstərsəniz çox şad olaram.çox sağ olun.

Elvin Hacı (2012-03-30 01:33:20)
Bu tip cloud məntiqli platformalar əsasən güclü serverə ehtiyacı olan amma büdcəsi məhdudiyyətli olan layihələr üçün nəzərdə tutulur. Siz öz proqramlarınızı cloud vasitəsilə çalışdırırsınız. Google, Amazon AWS bu sahənin liderləridir. Düzü Heroku-nu ilk dəfə indi gördüm. Məntiq digər dediklərimlə eynidir. Bu sistemlər faylları saxlamaq və idarə etmək üçün yox, dediyim kimi, nəhəng güclü və çox bahalı olan serverləri qat-qat ucuz qiymətə bulud serverləri ilə əvəz etmək üçündür. Hər bir platformanın öz istifadə dokumentasiya-təlimatnaməsi var, onu oxuyub tətbiq etmək lazımdır. Bu sahədə təcrübəniz yoxdursa, tez həll etmək çətin olacaq, əvvəlcə iş prinsipini mənimsəmək, sonra da dokumentasiya üzrə öz proqramınızı(php, java, node.js və.s. sistemdə qurulmuş) ora ilə inteqrasiya etmək lazımdır