Noutbuku (Notebook) hardan almaq məsləhətdir?

Salam. Mən bilmək istərdimki Bakıda sərfəli və keyfiyyətli Notbook almaq üçün mağazalar hardadı? Haranı tövsiyyə edərdiz?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

İqbal Hasanov (2012-04-07 01:32:58)
Bəli qaqaş düz deyirsən elə adamlar çoxdu dilimizə hörmət etməyib rus dilində sayt yaradirlar

Elvin Hacı (2012-03-29 16:44:04)
Comprador.az da var. Rusdilli olması ondan irəli gəlir ki sahibləri rusdilli adamlardır, dövlət dilinə hörmət qoymayıb rus dilində düzəldirlər saytı. Çünki bilirlər ki kompüter almaq istəyən rusca da başa düşəcək, parametrlər standart terminlərdir, tərcüməyə ehtiyacı yoxdur.

Alehandro Morfeo (2012-03-29 16:11:52)
Yox mənə qəribə gələn durki mağaza Azərbaycandadır sayt rus dilinddədir. nəysə. Çox sağol melumat üçün. Başqa mağazalar bilən varsa zəhmət olmasa yazsınlar.

Tarlan Umud (2012-03-29 15:58:21)
Esas odur ki, lisenziyali Windows olsun ustunde, ve parametrlerine uygun qiymet olsun. Her halda kompyuter satishi ile meshgul olan magazalardan alsaz daha meslehetdir (DNS, NLT, Computex ve s.).

Cabbarov Sübhan (2012-03-29 15:51:59)
Sadəcə Sayt rus dilindədi. Satıcılar hamsı Azərbaycan dilində danışırlar. Mən bir neçə dəfə ordan mal almışam.

Alehandro Morfeo (2012-03-29 15:42:34)
bu sayt rus dilindədi deyəsən ruslara işliyir )

Cabbarov Sübhan (2012-03-29 15:26:11)
Bakıda ən ucuz Tekneloji cihazlar satan COMPUTEX-dir. Hər yerdən ən azı 50 manat ucuz satılır. Sahil Metrosunun yanında yerləşir. Saytları budur:COMPUTEX