Veb sayt yaratmağı öyrənmək

Veb sayt yiğmağa marağı olan bir insan üçün və yeni başlayan biridirsə bu ona çətin deyil ki? Və bu yolda 0-dan başlanırsa ilk nədən başlamaq lazımdir? html php dərslikləri Azerbaycan dilinde varmı? Varsa hardan tapmaq olar?

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

M.A.1410 (2012-03-31 10:35:01)
yeqinki sayt yaratmağı özün öyrenmək istəyirsənsə onda gərək ingilis ve rus dillərinidə biləsən

M.A.1410 (2012-03-31 10:29:54)
millibyte.az kursu necə kursdu ümiyyətlə getməyə dəyərmi?

Elvin Hacı (2012-03-30 17:49:23)
Sübhan, CMS heç də proqramlaşdırma tələb etməyən sistem deyil. Əksinə Joomla APİ-ləri, Wordpress Codex-i adi PHP-dən daha dərin və daha maraqlı proqramlaşdırma platformasıdır. CMS-in ilkin istifadə səviyyəsi bəli, hazır toollarla kod yazmadan şablon sayt qurmağı təmin edir(bloq,informasiya,portfolio,sadə tip xəbərlər saytı və.s.) Amma CMS-də istənilən səviyyəli mürəkkəb saytlar da qurmaq olur. Yuxarıda yazdığım kimi, hansı daha yaxşıdır sualına cavab yoxdur, hər 3 seçimin daha optimal olduğu hallar var, proyektə fərdi yanaşılaraq qərar verilir buna.

Cabbarov Sübhan (2012-03-30 17:35:30)
Elvin mən CMS-dən istifadə edənlərə qarşı deyiləm, sadəcə özlərinə proqramçı deyinlərin, hazır CMS-dən istifadəsi ilə razılaşmıram. Bu mənim şəxsi fikrimdi.

Elvin Hacı (2012-03-30 16:27:09)
Sübhan, ümumiyyətlə götürəndə CMS-dən istifadə mənfi hal sayılmır. Proyekt üzərində düşünülərkən qərar verilməlidir ki saytı CMS-də yığmaq lazımdır, Framework-də və ya sıfırdan. Əgər sayt müəyyən standartlara uyacaq dinamik və ya statik saytdırsa o halda CMS ən yaxşı seçimdir. Yox əgər startup unikaldırsa, özəl tələbləri varsa, ta fundamentdən fərqlənirsə o halda Framework düzgün seçimdir. Yox əgər sayt nəhəng bir proyektdirsə, büdcəsi iri, üzərində işləyənlər çoxdursa, bir sözlə çox ciddi proyektdirsə, o halda tam sıfırdan yığmaq daha uyğundur. Konkret bu kursun saytına gəldikdə isə sırf sayt kimi bəyənmirəm və çox zəif hesab edirəm, amma CMS-də olmasında səhv bir şey yoxdur.

Cabbarov Sübhan (2012-03-30 15:47:21)
Mənə bir şey çatmır. Niyə proqramlaşdırma dəsrləri deyən kurs yeri hazır cms-dən istifadə edir.

Cabbarov Sübhan (2012-03-30 15:44:05)
Həqiqətən-də kurslardakı müəllimələrin səviyəsi çox aşağıdı. Mən şəxsən özüm bir neçə kurs yerində praktiki dərs izah etdiyim üçün bilirəm. Müəllimlərin əksəriyəti internetdən bəzi şeyləri tapıb tələbəyə öyrədir. İşdi əgər tələbə yeni bir şey soruşsa müəllim cavab verə bilmir. Vəziyət acınacaqlıdı. Mən bloqumda vaxt olduqca nələrisə izahh etməyə çalışıram. Burdan baxa bilərsiz.

Zaur (2012-03-30 14:27:07)
Azerbaycanda webmaster-lerin 90%i ozu oyrenib, kurslardaki muellimleri oyreden lazimdi ele

M.A.1410 (2012-03-30 13:43:24)
QAQA SEN OZUN OYRENMISEN BU QEDER SEYI YOXSA OXUMUSAN?

Elvin Hacı (2012-03-30 10:44:14)
Millibyte.az bu kursa müraciət edin, bu istiqamətdə kurslar olur orda.

M.A.1410 (2012-03-30 10:03:45)
Belə bir kurs bakıda varmi?

Elvin Hacı (2012-03-30 09:42:20)
Bu suala ətraflı cavab verilib: http://cavablar.net/2011/03/25/saytlarin-yaradilmasi/

Rahil Mirzemmedli (2012-03-29 23:55:38)
Sizin yerinizə olsam 1-2 ay kursa gedib bu barədə ilkin məlumatları əldə edərəm. Bundan sonra qalanı öz-özlüyündən həll olacaq ;)