Virtual kartda CVC kod

Birinci demək istiyirəm ki, bu saytı açmaq kimin fikridisə onu təbrik eliyirəm.Sualım isə CVC kodla bağlıdır. Deməli Bank Respublikadan Virtual kart aldım və Paypalda qeydiyyatdan keçəndə CVC kod üçün kartın arxasına baxdım gördümki, bu kartda adi kartlardan fərqli olaraq yazılıb Security Code qabağında 3 rəqəmli kod.İndi məndə belə bir sual yaranıb ki, görəsən Virtual kartın CVC kodu belə yazılır yoxsa mən nəyisə səhv başa düşürəm? 2-ci sualım isə belədir.Virtual kartın yanında verilən əlavə Maesto kartın məqsədi yalnız Virtual kartın içindəki pulu çıxartmaqdır, yoxsa başqa nə üçünsə istifadə olunur? Cavablarınıza görə indidən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Elvin Hacı (2012-03-29 23:09:26)
Bunun sizin üçün nə əhəmiyyəti var ki? :) Virtual kart ən ucuz kartdır, bankomat dəstəyi yoxdur deyə pozulması, əzilməsi qorxulu deyil, yəqin ki elə buna görə də ucuzvari tərtibatdadır.

faridmirzayev (2012-03-29 19:42:35)
Cavabına görə təşəkkür edirəm. Bir də Virtual kartın üstündəki məlumatlar (ad, familiya, etibarlılıq tarixi və s.) niyə qabarıq deyil adi kartlardakı kimi?

Elvin Hacı (2012-03-29 19:07:45)
hər iki gümanınız doğrudur. cvc kartın arxasındakı 3rəqəmli koddur, maestro isə bankomatdan pul çəkmək üçün verilir o bankda

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Virtual nomre

Bu hansı virtual maşındır?

ENTROPAY AZN-DOLLAR