Paypalda qeydiyyatdan keçə bilmirəm

salam. mən düz 2 həftədir Paypalda qeydiyyatdan keçə bilmirəm artiq əsəblərim korlanıb. Şəxsi məlumatları düzgün doldururam, Chrome brauzeriylə girirəm "Some information is incorrect or missing. Please correct your entries and try again" bunu yazır mənə amma hamısını doldurmuşam xanaların. kartın arxasındakı 3 rəqəmli şifrənimi səhv yaziram ,çünki 7 rəqəm var arxasında axırınci 3 rəqəmi yazıram mən."Please enter a valid telephone number" bu da yazılır qırmızıynan amma hal-hazırda işlətdiyim nömrəni yazmışam. çox xahiş edirəm mənə kömək edən tapılacaq?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Aygun B-va (2012-06-17 12:03:04)
maaş kartıyla heçnə edilə bilməyəcəyini mən də bilirəm məndə Mastercarddi və zakazlarım da gəlir şükür Allaha.

Aygun B-va (2012-06-17 12:00:59)
mənim əvəzimnən təşəkkür etdi bacım o da mənim kimi çox narahatlıq verdik

Pilar (2012-06-17 11:49:30)
Təşəkkürlər Tural sizi də cox narahat etdim.hər şeyə görə çox sağolun.

masatrix1991 (2012-04-01 00:01:44)
sənə bir söz maaş pensiya maestro bu növ kartla sən heçnə edə bilmərsən

Tural Əlisoy (2012-03-31 00:38:28)
Nəhayət probleminiz həll olundu. Təbriklər :)

Cabbarov Sübhan (2012-03-30 23:48:18)
Qeydiyatdan keçə bildiyinizə sevindim.

Aygun B-va (2012-03-30 23:01:05)
Urraaaa keçdim çoooox sağolun Sübhan. Siz olmasaydız alınmayacaqdı. sadəcə nömrəni + yox 00 la yazdım alındı. təşəkkür edirəm. son vaxtlar belə sevindiyim olmamışdı. Təşəkkürlər...

Aygun B-va (2012-03-30 22:42:00)
Ağ lentin üzərində 7 reqem var. kartin uzərindəki 13 rəqəmli şifrənin son 4 rəqəmi və ara qoyulub 3 rəqəm yazılıb. maaş kartı deyil Kapital bankın Mastercardı. dediyiniz kimi də nömrəni yazıram.

Cabbarov Sübhan (2012-03-30 22:17:49)
1. Kartın arxasında ağ lentin üstündə sadəcə 3 rəqəmli kod olmalıdı. Onu daxil etməlisiniz, digər heç bir kod yazmaq olmaz. Bəzi kartlarda bu kod olmur. Belə kartlar adətən maaş kartları olur. 2. Telefon nömrəsini bu iki formadan biri kimi yazn 00994551111111 +994551111111

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebaydan Video  Kamera Almaq

Payonner kartım gəlməyib

Paypala pul artırmaq

Ebayda geri ödəniş

Paypalda səhv

Ebaydan geri qaytarilmis pul