Online shopping saytı açmaq üçün məsləhət

Salam.Mən online shopping saytı açmaq istəyirəm.Wordpress CMS`i məsləhətli olar? Yəni Azərbaycanda yaxşı işləyər bu sayt? Bir də bu saytala bağlı hansı temaları məsləhət görərdiniz? Pullu olsa da olar.Shoppin sistemi dizaynın içində olan olsa yaxşı olar

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ramal Babayev (2014-06-12 01:50:40)
Bahruz Garamammadov kompyuterlerin qorunmasi ne menada? online shoppingde komputerlerin qorunmasi ucun ne etmek laimdirki?

Emil_Rustamov (2012-04-17 11:06:09)
Mən də online alış verişlə demək olar ki bütün ömrüm boyu məşğul olmuşam. Başa düşə bilmirəm bu çoxlarına (elə mənim dost tanışlarıma belə) niyə qorxulu gəlir. Əgər ödənişləri nəzarət etsəniz, çıxarışlara biraz fikir versəniz və hansı saytlarda ödəniş etdiyinizə diqqət yetirsəniz bu problemlər yaşanmaz. Bu əslində çox asandır. Hazırda Az-da demək olar ki, bütün banklarda SMS-xəbərdarlıq xidməti var. Hər hansı əməl. etdikdə (hətta 1 man) ani SMS gəlir mobil telefonunuza və bu xidmət ildə 10 man-dan başlayır. Və ümumiyətlə tanımadığınız və ya şübhələndiyiniz saytlarda ödəniş etməsəniz belə şeylər baş verməz. O ki qaldı xakerlərin hücumuna, əksər hallarda bank sizin pulunuzu geri qaytarır.

Bahruz Garamammadov (2012-04-01 14:34:15)
online pul oğurlamaq lazımsız bir şeydir. ağıllı adamlar bunu etmir. online pulu izləmək çox asandır. ona görə bunu demək olar heç kim etmir. əgər hesabınızdan artıq pul çıxılıbsa birinci ebay-la sonra da bankınızla bunu araşdırın. mənim kredit kartımın detalları demək olar bütün əsas online alış satış saytlarında var, online alışdan da təxminən 3 ildir istifadə edirəm. hələ ki bir problemim olmuyub. ebay kimi auksionlarda əsas diqqət etmək lazımdır aldığınız adam kimdir. başqa bir başa satış saytlarında isə, misal Amazon, heç vaxt *oğurluq* olmur ola da bilməz. birinci cümlənizə görə cavab yazdım. elə sizin kimi istifadəçilərdi xalqı qorxudur:) online alış satış çox əlverişli və təhlükəsizdir əgər aldığınız sayt ya adam normal şirkətdirsə, plus kompyuteriniz normal qorunursa. bu qədər bəsit. xakerlər də yetərincə ağıllıdır, heç kim bank hesabından pul oğurlamır. çünki elektron pulu kağız pula çevirmək üçün banka getmək lazımdır:)

Kamran (2012-04-01 00:08:33)
Əslində hələlik bizim cəmiyyət üçün birbaşa çatdırılarkən ödənişi almaq məqsədəuyğundur. Həmdə ebay və digər şoping saytlarında siz istəməsəniz belə oğurluq halları mövcuddur. Bunun üçün günlərini camaatın kartından bir miqdar pul çəkmək üçün qurban verənlər var. Sizə gələn bildirişdə yazılan məbləğdən çox pul çıxılıbsa deməli online Hackerlərin hədəfi olmusunuz. Yaxşı olardıkı alacağınız malın öz dəyəri+çatdırılma+valyuta məzənnəsini gözə alaraq kartınızda çox pul saxlamayın.

Darky Pislick (2012-03-31 19:51:08)
Anladım,çox sağolun

Elvin Hacı (2012-03-31 19:49:58)
Shopping theme-in daxilində bunun üçün ayarlar var, ora paypal,moneybookers,checkout2,google chekout və.s. hesabları birləşdirə bilərsiniz, və ya heç biri yoxdursa sadəcə sifariş bölməsi qoyub oradan sonrakı mərhələni telefonla əlaqə saxlayaraq edə bilərsiniz. Məsələn shop.az, sumka.az elə edir, ödəniş mərhələsini realda aparır, yəni malı ünvana çatdırarkən. Sifarişi isə onlayn

Darky Pislick (2012-03-31 19:29:26)
Wordpressi bilirəm.Əsas sualım odur ki, temanın daxilində olan o shopping sistemi normal işləyəcək? Alınan malların pulu hara gedəcək?

Cabbarov Sübhan (2012-03-31 18:43:45)
Wordpress yaxşı seçimdi. İstəsəniz ancaq Shopping CMS-ləri də istifadə edə bilərsiniz. İnternetdə Belə CMS-lər çoxdu. Wordpress-da qurmaq istəsəniz wordpress haqqında bir az məlumat toplamalısınız. Temalar isə internetdə çoxdu. Google-da "Wordpress templates" yazıb axtarmağınız kifayətdi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Onlayn mağaza

Wen.ru kimi sayt

WordPress-də shopping card

Sayt acmaq?

Veb Sayt WordPress AdSense

WordPress tərcümə faylları