Domen qiymət fərqi

Salam,bilmək istərdimki bizim ölkədə satılan domenlə xarici şirkətlərin verdiyi domen arasında fərq nədədir? Elə yalnız qiymətində? Yoxsa bizimkilər təhlükəsizliyinə təminat verdiyi üçün bahadır? sizcə hansı məsləhətdi?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

niftaliyev (2018-06-24 17:26:51)
Çox gec də olsa, cavab yazmaq istərdim. Milli domenlərin baha satılıb iqtisadiyyatı qorumaq məsələsi düz deyil. Polşada .pl domenini elə şirkətlər var ki, ilk ilini ödənişsiz verir. Başqa kompaniyalar isə maksimum 14 zlota (7 manata) satır. Azərbaycanda isə bu sahədə konkret monopoliya olduğuna görə illiyi 40 manatdır. Minimum əmək haqqlarında isə Polşa ilə Azərbaycan arasında çox böyük fərq var. Deməli, əmək haqqı da bu məsələdə keçərsizdir.

NModern (2012-04-01 21:17:21)
com domeinin qiymət fərqi yalnız onu satan şirkətin qiymət siyasətindən (price policy) asılıdır. Məsələn Godaddy şirkəti .info domenini ilk il üçün cəmi 2 dollara satır, halbuki, həmin domenin maya dəyəri ondan 4 dəfə bahadır.

Bahruz Garamammadov (2012-04-01 17:13:27)
məncə hec bir fərqi yoxdur. bu sadəcə qiymət qoyma prosesidir. ola bilər bizim şirkətə com sonluqlu domaini almaq 6 dollara başa gəlir və 8 dollara satır. xaricdəki şirkətə bu 3 dollara başa gəlir 5 dollara da satır. bu mümkün haldır, price discrimination deyilir, müştəridən asılı olaraq eyni malı müxtəlif qiymətə sata bilir satıcı. 8 manata ama azərbaycan dilində texniki dəstək də daxildir:) yəni problem olanda ingiliscəniz zəifdirsə ola bilər cətinlik cəkəsiniz problemi başa salmaqda. ama azərbaycan şirkəti ilə bu problem olmayacaq. yəni zəng edəndə telefonu azərbaycanca danışan biri götürəcək. cox hallarda bu həqiqətən üstünlükdür. başqa elə bir ciddi fərq yoxdur sahil it-dən aldığınız com sonluqlu domainlə godaddy-dən aldığınızın arasında.

black_09 (2012-04-01 14:57:37)
cavaba görə təşəkkürlər. Bəs com domeni üçün fərq nədədir? bizdə 8 manata olduğu halda xarici şirkətdə cəmi 4 dollaradır.Bu zaman fərq nədə olacaq?

Bahruz Garamammadov (2012-04-01 14:43:37)
fərq sadəcə monapoliyadadır. hər yerdə az domaini tapa bilmirsiniz, beləcə məcbur yerli şirkətdən alırsınız. o da baha satır. əslində normaldı, hər yerdə belədir. milli domain sonluqları .com, .net kimi sonluqlardan baha olur. iqtisadiyyatın təməl prinsipidi:) nədənsə azdırsa o baha olur. məsləhətə gələndə əgər az sonluqlu domain almırsınızsa ucuzu hansıdır onu alın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

domain hostinqə bağlamaq

Domeni WordPressə necə yönəltmək olar??

Pulsuz .COM .NET .İNFO .AZ və ya .BİZ domeni?

Domen dəyişmək

Domain almaq

Telefon usb