Hostinq dəyişmək

Salam,mən 000vvebhost.com saytında qeydiyyat keçib sayt qurmuşdum,lakin indi işlətdikdə bəzi problemlərlə qarşılaşıram,həm də təhlükəsizliyi də çox zəifdi,indi necə edə bilərəm ki bu qurduğum saytı olduğu kimi heçnə dəyişmədən başqa pullu hostinqə köçürüm?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

NModern (2012-04-02 09:58:39)
bir çox hostinq şirkətləri bunu öz üzərlərinə götürürlər, köhnə hostin login parolunu verirsen özləri köçürür. (xaricilərdə). Yox əgər özünüz köçürmək istəyirsinizə, onda cPanelin backup hissəsində Generate Full Backup düyməsini sıxırsınız, bir iki saatdan sonra (saytınızın həcmindən asılıdır) mailinizə generasiyanın sona çatması ilə bağlı məktub gələcək. Onda saytınızın ana qovluğuna (home - ftpyə girən kimi) daxil olub həmin arxivi orada görə bilərsiniz. Ya ftp vasitəsilə ya da bu faylı publc_html qovluğuna köçürüb (və chmodunu 755 edib - standart 700 olur) http vasitəsilə (bu halda dovvnload acceleratorlardan istifadə etmək olur.) yükləyin kompyuterinizə. Sonra yeni hostinqə Backup bölməsində Restore etməyə yer var (upload tipli) orada restore edin. vəssalam. Amma onu da qeyd edim ki, köhnə və yeni hostinqdə istifadəçi adlarında, yəni cPanele girish loginində fərqlər olduğu halda restorede problemlər yarana bilər(uyğunsuzluqlar olduğundan). Ona görə də həmin işi hostinq verənə həvalə etsəniz daha yaxşı olar. Ya da ki, yeni hostinq götürdüyünüz yerdən xahish edin ki, istifadəçi adını köhnə hostinqinizə uyğunlaşdırsın.

Kenan Zahidi (2012-04-02 04:40:05)
salam. bu halda size backup etmək lazımdır. cpanel to cpanel planı ilə köçürmək. bu asan iş deil itgilərdə baş verə bilər əgər backup və ya hansısa əməliyyatı sona yetirməsəz. Sizə tək ftp yox SQL-da köçürmək lazımdır

Bahruz Garamammadov (2012-04-01 14:48:08)
ən axrıncı yolu saytı kopyalamaqdır. ftp ilə bütün faylları götürün qoyun başqa hosta. domainin de sn-ini dəyişin yönləndirin yeni hosta. ola bilər bir necə sətrə dəyişiklik edəsiniz. ama bundan asan yolu da var yəqin ki.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web hosting müqayisəsi

Azərbaycandan domain və hostinq almaq

Ən yaxşı dedicated server?

Hostinqlerdeki ferq?

Təsdiqləmə tələb etməyən Hosting.

WP saytın bəzən tam görüntülənməməsinin səbəbi nə ola bilər?