Salamlar hər kəsə.
Mən Ubuntu-nu USB device-dan install etmək üçün USB PenDrive yaratdım. PenDrive vasitəsilə ubuntunu install edəndə notebooku qoydum bir neçə saatlıq işlərimi gördüm. Notebook bu müddətdə batareya ilə işləyirmiş, batareyası qurtarıb, installation da getməyib. Notebook-u yenidən yandırdım, Boot menyudan USB seçimini seçdikdə isə USB device-ımı tanımadı. Daha sonra Windows-lu digər kompyüterlə flash kartımı yoxladım, yenə tanımadı.
Flashkartı taxdıqda heç bir hadisə baş varmir, kompyüter flashkartı tanımır. Amma flashkartın işığı yanılı qalır.
Windows’da disk management-də usb device görsənirdi, amma no media olduğunu deyirdi. Sonra onu reject elədim, daha doğrusu driver-i disk managementdən disable elədim, indi isə heç orda da göstərmir flash kartımı.
Bu problemi necə həll edə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)
1
Salam. Zəhmət olmasa bu yolu yoxlayın görüz nəticə verir?
3
Kamran, böyük ehtimalla sizin flash qurğunun yaması (firmware) zədələnib. Yamanı necə yazmaq, flashı necə tməri etmək üsulu barədə bir yazı yazmışdım. Flash yaddaş qurğusunun bərpası
Əgər sistem flashi tanıyırsa birbaşa 3 cü addımdan başlayıb et, tanımırsa birinci addımdan. Sualın olsa buyur.
2
Neo29 adlı proqram var, internetdə axtarsanız taparsınız. Onunla ölü fləş kartı diriltmişəm, indi də işləyir.
Əgər tapmasanız deyərsiz məndə olmalıdı hardasa.
1
proqramın adı Neodur, versiyası 2.9
2
http://www.boxca.com/77el3xixzmk4/Flash_drive_Repair_Neo2.9.zip.html
0
Digərləri işə yaramadı, Neo ilə yoxladım, belə bir xəta verdi:
Preformat not supports this İC!
0
Kamran, mən deyən məqaləni oxudun və işə yaramadı?
0
Hər birinizə təşəkkür edirəm, amma heç biri kömək olmadı 🙁
Sual verin
Cavab verin