Google Android 2.2 epad tablet xarabdır

salam,mən bir epad aldım google android 2.2 bu gün götürdüm amma xarabdı deyəsən.Açdım ekranın işığı yandı ama heçnə gəlmədi elə qaldı.İndidə powerin işığı yanılı qalıb ekran sönülüdü amma.Mən nə edim? bu epaddı http://www.ebay.com/itm/220970351264?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649#ht_6878wt_1265

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Milan (2012-04-04 18:15:25)
yoxdu axi bunun acilan yeri batereyani cixarmaq olmur

Elvin Hacı (2012-04-04 16:35:40)
Batareya çıxarıb salanda da eyni vəziyyət?

Milan (2012-04-04 15:55:58)
bir defe acildi isledi,sonra sondurdum yandiranda yene ele oldu ekranin isigi yanir ama islemir nede sondurmek olmur.

Emin Mastizadeh (2012-04-04 03:32:35)
Hər zaman belə olmur.Saxta maldırsa o zaman feedback-ə fikir verməyəcək.Uzaq başı yeni profilə keçəcək.

NModern (2012-04-03 23:32:23)
baxdım, özü də satıcı hələ təzədir, deməli feedbacklər onunçün vacibdir.

NModern (2012-04-03 23:31:32)
Ebaydan almsınızsa satıcı ilə təcili əlaqə saxlayın. Satıcıya mala görə feedback verməmisinizsə hələ heç nə itirilməyib. O Sizə iki variant təklif edəcək, ya Siz malı geri qaytarırsınız (qayarılma pulu Sizdən) və onlara malı həqiqətən də göndərdiyiniz barədə çeki göstərməlisiniz, poçtdan alıb. Ya da müəyyən kompensasiya ödəyə bilərlər. İngilis dilini bilirsiinizsə özünüz, bilmirsinizsə yaxşı bilən bir adamla satıcıya məktub yazıb bildirin, o bunda çox maraqlı olacaq.

Elvin Hacı (2012-04-03 23:23:55)
Bəli, qarantiyası da yoxdursa, təəssqf ki, yapacaq bir şey yox. Orijinal istehsalçıdan almaq lazımdır nəsə alanda. Epad geydirmə Çin məhsuludur, ekranı da resistiv touch-dır, yəni qədim touch texnologiyası, basmaqla işləyən.

Cabbarov Sübhan (2012-04-03 23:09:05)
Siz heç nə edə bilməzsiniz. Axi siz 70 dollarlıq bir planşetdən nə gözləyirdinizki? Ən azından orginal ucuz planşet ala bilərdiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebaydan sual

Necə şikayət edim?

AliExpress – Telefon

Ebayda satış

Ebayda geri ödəniş

Ebay poçt kodu