Winrar necə işləyir?

salam.winrar istifadə qaydasını deyə bilərsiz?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emin Mastizadeh (2012-04-04 03:36:24)
Bu faylın növündən və sayından asılıdır.Hər faylı tam sıxmaq olmur.Mən tar formatında sıxıram, çox sıxır, amma orda da faylın əsasən növündən asılıdır.Bəziləri məsələn proqram düzəldəndə onun həcmini minimum edir, özü sıxır müəyyən qədər.Oa görə də arxivə salanda elə fayllarda sıxılma az olur.Amma çoxu düzəltdiyi kontentdə çoxlu boş yerlər və s.qoyur.Arxiv belələrini çox yaxşı sıxışdırır.

Mehman Beshirov (2012-04-04 00:45:44)
men fayli arxive sala bilirem ama 75mb olan faylin arxivi 72mb olur.yeni sixma cuzi olur.bunu basa duse bilmirem.mumkunse izah ederdiz?

NModern (2012-04-03 23:15:39)
rarda və ya zipdə olan arxivlərin içindən faylı(faylları) çıxarmaq üçünsə, həmin arxivin üzərfində sağ düyməni basıb Extract to here və ya Extract to *** alt menyularından istifadə edə bilərsiniz.

NModern (2012-04-03 23:13:51)
winrarın istifadə qaydası çox asandır. vvinrarı komputerinizə quraşdırırsınız. bundan sonra hər hansı falı və ya qovluğu arxivə salmaq istəsəniz, onda həmin faylın və ya qovluğun üzərində mausun sağ düyməsini sıxın və kontext menyuda Add to archive (Добавить в архив) və ya Add to ***.rar (Добавить в ***.rar) seçirsiniz. Bu zaman ekranda sıxılma prosesini göstərən pəncərə açılacaq. Sıxılma prosesi qurtardıqdan sonra, üzərində sağ düyməni sıxdığınız faylın yanında o fayla uyğun arxiv əmələ gələcək. Onu da qeyd edim ki, Add to archive (Добавить в архив) seçdiyiniz zaman Sizə müxtəlif seçimlər təklif olunur(zip ya rar, şifrə qoymaq, qeyd yazmaq və s.), istəyinizə uyğun seçimləri edib OK basırsınız, ikinci halda isə heç bir şərhsiz arxiv yaradılır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kompyutere “zip” ve bəzi fayllari yükliyəndən sonra onlara daxil olanda ekranda balaca pəncərə açılır

Winrari İsoya necə çevirə bilərəm?

Winrar ve 7zip proqramı

Rar şifrə qırmaq

winrar parol problemi

Winrar şifrəsi