First class mail international ilə gələn laptop

first class mail international ilə amerikadan noutbuk göndəriblər. martın 31 i ordan çıxıb. azərbaycana neçə günə çatar? İşlənmiş olması onun gömrükdə qalmamasına səbəb ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

sebuhiahmedoff (2013-12-23 13:26:37)
çox sağ olun

Elvin Hacı (2012-04-05 10:02:30)
Sübhan, orada sırf gömrük rüsumudur, ƏDV 18%, bir də başqa nəsə kiçik faiz də var, cəmləyəndə 36% edir. Bahalı deyəndə bizdə də uşaqlar 500-700 azn-lik gətirib smartfon, planşet və.s. Heç vaxt da rüsum tutulmayıb. Bəlkə də kiçik ölçülü cihazlara qeyri rəsmi icazə var ya nədirsə, çünki əslində rüsum tutulmalıdır bunlara da. Amma laptop tanışlardan kim gətiribsə mütləq saxlanılıb və rüsum tutulub.

Cabbarov Sübhan (2012-04-05 00:42:30)
Elvin mən Dövəlt Gömrük Komitəsinin gətirilən mallarla bağlı ödənilməsi lazım olan rüsümların siyahısına baxdım. O siyahıda müxtəlif mallar üçün müxtəlif faiz dərəcələri təyin olunub. Ən yüksək faiz dərəcəsi isəə 15% idi. Düşünürəm ki 36% olmaz. Düzü mən bir neçə dəfə bahalı məhsul gətirib heç rüsüm da ödəməmişəm.

Elvin Hacı (2012-04-05 00:37:02)
Rüsum hamısı bir yerdə 36%-dir. Amma işlənmiş olduğu deyilsə, bəlkə güzəşt ola, onu bilmirəm.

Cabbarov Sübhan (2012-04-04 23:15:47)
2 həftədən tez çətin gələ. Təqribən 2-4 həfətə ərzində gəlməlidi. Qiyməti 200$ baha olsa sizi gömrüyə çağıracaqlar. 15% rüsüm verəcəksiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebook-da videokart haqqında məlumat..

Notebook seçimi

Noutbukun korpusun dəyişmək

Telefon and Notebook hansı ölkədə istehsal olunur…

Amerikadan noutbuk gətirtmək.

notbukda lazımsız proqramları silmək