Samsung Galaxy S3 yoxsa HTC One X?

Salam. Bu yaxınlarada Galaxy S2 telefonumu satdımki Galaxys S3 çıxacaq ondan alım. Ancaq gördüyüm qədəriylə CES 2012-də telefon tanıdılmadı. Ancaq HTC özünün ilk dörd nüvəli və hd ekrana sahib telefonunu təqdim etdi. HTC One X. Yaxşı telefondu. Ancaq digər telefon istifadəçilərində fikrini bilmək istəyərdim ki Galaxy S3-ü gözləməyə dəyər yoxsa HTC One X almaq olar.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Cabbarov Sübhan (2012-04-07 00:15:48)
Ətrafli müzaikərə görə sağ olun.

Cavid Zeynallı (2012-04-06 23:43:47)
Salam.Telefonlar çıxmamış dəqiq məlumat vermək olmaz amma yene də gələk fərqlərə.Display-ləri Samsung Galaxy S3 də Super Amoled HTC One X-də isə Super IPS LCD2 dir.Display-də One X S3-ə baxanda uduzur.Hər ikisinin ekranı 4.7 dyumdur(~312 ppi pixel ).S3 də 16/32 Gb + 32 GB ya qədər micro kart taxmaq imkani var.One X kart dəstəkləmir daxili yaddaş isə 32 GB-dır.S3 də arxa kamera 12 mpx,qabaq kamera 1.3 mpx @ 30 fps One X də isə arxa kamera 8 mpx qabaq kamera və fps isə S3 də olduğu kimidir.Video hər ikisində 1080 HD dir.Hər ikisi WMV,H.264,H.263 player,3gp,mp4 ve s. formatları dəstəkəyir.Htc rəsmiləri Htc One X in kamerasinin üzərində çoxlu iş görüldüyünu də bildirmişdirlər.Gələk prossessorlara S3 də Quad-core 1.5 GHz (4 nüvəli)prosessor,Chipset Exynos Htc One X də isə Quad-core 1.5 GHz (4+1 nüvəli) Chipset Nvidia Tegra 3,GPU ULP GeForce dur.göründüyü kimi Prosessor cəhətdən isə HTC daha üstündür.Hər ikisi Android 4.0 əməliyyat sistemlidir.Səs sistemi baxımınnan da Htc One X daha üstündür.Hər iki telefon haaqında bacardığım qədər məlumat verməyə çalışdım.Mən HTC One X - ni seçərdim.Yene də qərar sizindir.

Cabbarov Sübhan (2012-04-04 13:26:54)
Hə bir az çox tələsdim, ancaq fikirləşdimki bu S3 çıxandan sonra S2-nin qiyməti aşağı düşəcək və bu də mənim cibimə çox ziyan edəcəkdi. Səbirsizlikdən bilmirəm neyniyim. İnternetdə yayılmışdıdı ki martın 22 təqdim ediləcək, ancaq edilmədi, indisə ümüd qalıb aprel ayına. Güya aprel ayı ərzində tanıdılmalıdı.

Elvin Hacı (2012-04-04 09:48:38)
Salam. Çox tələsmisiniz. Smartfon çıxmamış o birini satmısınız :). Galaxy SII vs HTC İncredible, Sensation müqayisəsində SII necə üstün idisə, SIII də eləcə üstün olacaq. Yəni təxminən eyni parametrlərdə olacaqlar(nüvə,ram,camera, os version və.s.), amma ekran keyfiyyətinə görə yenə Samsung bir addım qabaqda olacaq, təbii ki öz fikrimdir bu. Amma bu o demək deyil ki, HTC One X məsləhətli deyil, əksinə, çox əla modeldir, artıq almaq istəyən tanışlar var.

Emin Mastizadeh (2012-04-04 03:41:21)
Əlbəttə dəyər.S3-də ən son imkanlar olacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung Galaxy S3 orijinallığın yoxlanması

samsung error

Samsung u11

Samsung çox pis donur

Samsung galaxy grand prime yoxsa A3

Samsung Ace Duos WhatsApp problemi