Videokartların xüsusiyyətləri haqda məlumat və seçimində kömək istəyirəm

Oyunlar üçün hansı videokartlar məsləhətdir? Müasir videokartlar hansı funksiyalara malikdir? Əsas bu suallar məni maraqlandırır; 1) Readon ile Geoforce sistemin fərqləri nədir? 2).DDR3 videokartın DDR2 videokartdan üstünlüyü və fərqi nədə olur? 3).müasir oyunlar üçün videokartda CUDA sisteminin olması vacibdirmi? 4).müasir oyunlarda geoforce tələbi ən azi "geoforce-9300" göstərilir, amma təzə videokartlarda Geoforce göstəricisi NVIDIA GeForce GT 240 və ya GTX 460 olur. Bunu necə başa düşək?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Nazim Camalov (2012-04-06 01:21:58)
Tesekkur

Ezio (2012-04-05 22:14:49)
1.Amd firmasının kod adı Radeon Nvidia firmasında isə Geforce gedir.Amma bütün videokartlara aid deyil bu dediklərim.Yəni AMD Radeon və Nvidia Geforce 2.Yeni çıxan videokart və ramlarda artıq ddr 2 sistemindən istifadə edilmir.Günümüzdə ddr 3 və ya 5 yada gddr 3 və ya 5 ikilisindən istifadə olunur.Bu haqda daha çox şey yazardım amma əmin olun ki texniki cəhətdən heçnə başa düşə bilməyəcəksiniz 3.Cuda sistemi Nvidia kartlarında olan xüsusiyyətdir.Amd kartlarında istifadə olunmur.İstifadə olunan programlar ,oyun və s. videokart üzərindən hesablanaraq daha yaxşı nəticələr almaq olar cuda sistemi ilə amma elə də vacib bir əhəmiyyəti yoxdur 4.Geforce GT və ya GS versiyaları köhnə versiyalarda istifadə olunan kod adıdır.Artıq Nvidia Geforce gtx adı ilə çıxır.Hal hazırda gtx ilə də davam edirlər.

Nazim Camalov (2012-04-05 17:45:53)
Gosterdiyiniz saytda videokatlarin umumi kataloqu var, amma suallarime qetiyyen cavab tapa bilmedim.

Mehman Elxanoglu (2012-04-05 16:44:50)
http://www.notebookcheck-ru.com/Mobilnye-videokarty-sravnenie-videokart-noutbukov-testy-videokart-noutbukov-skorost-i-proizvoditelnost.14096.0.html - buradan qarşılaşdırmaya baxa bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ana kart və videp kart

videokart

videokart komputerin harasında olur?

videokartı artırmaq

Ana plataya uyğun videokart

RAM-dan video kart