Paypal vasitəsilə ödəniş qəbulu

Salam hörmətli istifadəçilər. Belə bir məsələ ilə rastlaşmışam. Paypalda kredit kartı qeydiyyatdan keçirmişəm, istənilən əməliyyatı problemsiz apara bilirəm. Mənə lazımdır ki, həmin akkaunta paypal vəya adi kredit kart (visa, mastercard) vasitəsilə ödəniş qəbul edə bilim və onu karta (hesaba) köçürülməsi mümkün olsun. Azərbaycan üçün bu mümkündürmü? Tutalım beynəlxalq bankda olan hesabım üçün xaricdən paypal akkaunta gələn pulu hesabıma ata bilərəmmi? Xahiş edirəm bu barədə məlumatı olan fikirlərini bölüşsün, əvvəlcədən təşəkkür edirəm


Yadda saxlama
Kateqoriya: Elektron alış-veriş . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(16:02, 06/04/2012 ) #12130

Salam. Bu sual bir neçə dəfə verilib(Məsələn). Cavabı təəssüf ki xeyr-dir. Azərbaycan bankları Paypalın pul göndərdiyi banklar siyahısında deyil. Ancaq pul qəbulunu dəstəkləyir Paypal, Azərbaycan üzrə.
Paypalın hansı ölkələr üzrə nəyi dəstəklədiyi burada var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:43, 06/04/2012 ) #12131

    ətraflı cavab üçün təşəkkür edirəm, bunun alternativ hansısa yolu varmı bəs bildiyiniz? Məs goldenpay vəya azericard kimi xidmətlər

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:23, 06/04/2012 ) #12135

    Goldenpay və Azericard prosessinq xidmətləridir, dünyanın istənilən yerindən sizin Azericard ödəmə səhifənizə girib sizə ödəmə edə bilərlər, ödəniş 3 gün ərzində Azericarddan bank hesabınıza yatırılır.
    Beynəlxalq saytlardan Azərbaycana pul göndərilməsini Moneybookers dəstəkləyir. Sadəcə biraz uzunçudur Moneybookers-də kartı təqdiqlətdirmək. Amma 1 gün tam məşğul olsanız, həll edə biləriniz, kartınızı Moneybookers hesabına qoşandan sonra isə gərək sizə ödəmə etmək istəyənə Moneybookers hesabınızı verəsiniz ki, pulu köçürə bilirsə ora köçürsün. Amma hamıda da Moneybookers olmur, ona görə də ən yaxşısı Paypal olardı, çünki çox populyardır, o da ki dəstəkləmir bizim ölkəni

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:51, 07/04/2012 ) #12175

pulu qəbul etmək üçün digər vasitələrdən biri də net kartlardır. Məsələn, netcard.az
bu kartları Plastik kartla da almaq mümkün olduğundan deməli dünyanın istənilən yerindən ödəniş qəbul edə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:24, 18/05/2012 ) #15537

Ümumiyyətlə Azərbaycanda ödəniş üçün ən yaxşı sistemləri bu yazımda qeyd etmişəm baxa bilərsiniz.

İnternetdən pul qazanmaq üçün çalışan insanlar bu yazımı oxuya bilərlər və güvənli sistemlər barədə yazmışam.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:56, 12/06/2012 ) #16555

Olmur. yalnız ödədiyin pulu geri ala bilərsən!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

SN cavab verdi - Kripto vergi (3 gün əvvəl)

Nicat97 cavab verdi - ilkaddimlar.com-a nə oldu? (10 gün əvvəl)

nicatmemmedli cavab verdi - Proqramlaşdırma - fəlsəfə (14 gün əvvəl)

nicatmemmedli cavab verdi - ilkaddimlar.com-a nə oldu? (14 gün əvvəl)

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (24 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (34 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (35 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (35 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (35 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (36 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (36 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (36 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (36 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (37 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (37 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23307 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025