Facebook arxivinin yüklənməsi

Salam. Mən Facebook sürətini yükləyə bilmirəm. Yəqin ki, bəzilərini bilir nəyi nəzərdə tuturam. Yəni, indiyə qədər Mən Facebook-da nə etmişəmsə onun toplanmış arxivini. Saytın belə bir xidməti var ... həmin xidmətdən istifadə etmək üçün Mən öz E-Mail adresimə arxivin yəni, Facebook səhifəmin sürətini yükləmək üçün xəbərdarlıq göndərdim, 1 gündən sonra Mənə cavab gəldi ki, arxiv hazırdı yükləyə bilərsiniz. Bir dənə də link gəlmişdi, Mən həmin linkə girdim və "Arxivi Yüklə" sözünü tıkladıqdan sonra yeni bir səhifə açıldı ki, belə bir səhifə mövcud deyil, yəni, bu arxivi yükləmək olmur. Əgər istəyirsinizsə bunu Sizdə sınayın. Linki göndərirəm https://www.facebook.com/settings Lap axırda bu barədə yazılıb. (Загрузить копию вашей информации на Facebook) Başı çıxanlar varsa zəhmət deyilsə bunu da Mənə başa salsınlar ...

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Elvin Hacı (2012-04-07 20:40:48)
Yoxladım, məndə də eyni səhvi verdi, deməli facebook-un öz səhvidir, bir qədər sonra yenidən yoxlamaq lazım.

Elvin Hacı (2012-04-07 18:54:10)
Salam. https://www.facebook.com/download bu ünvandan Start elədim, nəticəni yazacam bura.