Ən etibarlı və sərfəli kontent provayderlər hansılardır?

Salam. Sizcə, Azercell, Bakcell və Azerphone şirkətlərinin ən sərfəli şərtlərlə əməkdaşlığa açıq olan kontent provayderləri hansı şirkətlərdir? (Müxtəlif SMS xidmətlərə partnyor olaraq, yararlanmaq üçün) Cavablarınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

NModern (2012-04-09 18:22:55)
MyFun şirkəti hər üç Operatorun content provayderləri ilə əməkdaşlığa malikdir və buna görə də hər üç provayderin xidmətlərini təklif edə bilir. İkinci dərəcəli kontent provayder olmasına baxmayaraq, son istifadəçilərin, yəni partnyorların paylarında (yəni faizlərində) digər şirkətlərlə müqayisədə heç bir fərq yoxdur (hətta üstündür).

Jurnalist (2012-04-08 16:27:10)
Öncə cavabınız üçün təşəkkürlər! Dediyiniz şirkət haqqında Google axtarışı zamanı bir informasiyaya rast gədim ki, orda da MyFun şirkətinin Azercell-in kontent provayderi olan MobySky şirkətinin partnyoru olduğu yazılırdı. Zənnimcə, belə olduğu halda isə, MyFun şirkəti əsas kontent provayder deyil, Azercell-in 2-ci dərəcəli kontent satıcısı hesab oluna bilərki, bu zaman satış gəlirlərinin bir pay da əlavə bölünməsinə ehtiyac yaranır. Sizin verdiyiniz bilgidə isə MyFun şirkətinin həm Azercell, həm Bakcell, həm də Azerphone şirkətlərinin yüksək dərəcəli kontent provayderi olduğu bildirilir. Mümkünsə, ətraflı məlumat verməyinizi xahiş edirəm.

NModern (2012-04-08 03:12:54)
3-ü birində (Azercell, Bakcell, NarMobile) - MyFun şirkəti.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Twitter Login Verification haqqında sual

Boş sms göndərə bilmirəm

Facebook sms kodu

Pulsuz sms

İnboxsdan smsleri birdəfəlik silmək

Facebook haqqında suallar