Notebook da wifi necə açabilərəm?

Salam. Notebook da wifi düyməsi işləmir indi mən wifi düyməsini basmadan sistemdən wifi aktiv etmək mümkündür? (hp)

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

Alehandro Morfeo (2012-04-11 12:26:16)
Salam yenədə. Linkdəki programı yüklədim amma install edərkən error verdi.

NModern (2012-04-09 22:29:17)
hamısı dəyişəcək, göstərdiyim proqramı da yoxlayın bəlkə kömək etdi.

Alehandro Morfeo (2012-04-09 22:19:57)
Load default etsəm bütün parametrlər dəyişiləcək yoxsa təkcə WIFI ?

NModern (2012-04-09 22:13:08)
http://h10025.www1.hp.com/ewfrf/wc/softwareDownloadIndex?cc=us&lc=en&dlc=en&softwareitem=ob-45933-1 bunu quraşdırıb yoxlayın

Alehandro Morfeo (2012-04-09 22:11:55)
Çox sağolun yoxlayıb yazaram bura.

NModern (2012-04-09 22:10:36)
İnternetdə oxudum ki, məhz bu modeldə bir çoxları bu problemlə rastlaşırlar. həllini görmədim düzü. Kompyuterin batareyasını 3-4 dəqlik çıxarıb, sonradan yerinə taxın, BİOS-a daxil olub Load Defaults eləyin və kompyuteri işə salın. görün alınacaqmı.

Alehandro Morfeo (2012-04-09 22:07:31)
Yox Windows 7

NModern (2012-04-09 21:59:11)
Sizdə ubuntudu?

Alehandro Morfeo (2012-04-09 20:51:18)
Yox alınmadı yene sarı işıq yanır.

Alehandro Morfeo (2012-04-09 20:46:35)
Model HP 6735s

Alehandro Morfeo (2012-04-09 20:46:06)
System İnformation da WLAN FCC ID - Not Applicable yazılıb.Yəni WiFi aktiv deyil?

NModern (2012-04-09 20:45:20)
disabled eləyib soxranit eləyin, sonradan daxil olun bir də enabled eləyin və kompyuteri yandırın. baxın görün vvi-fi işə düşəcəkmi? Notbukun modeli nədir?

Alehandro Morfeo (2012-04-09 20:42:27)
ESC düyməsiylə açdım LAN-WLAN Switching _ Enabled yazılıb açıqdı demək ki?

NModern (2012-04-09 20:26:47)
Bəli. Ümumiyyətlə kompyuterinizi yandırarkən ilk qarşınıza çıxan səhifədə adətən aşağı hissədə Setup-a daxil olmaq üçün düymənin adı yazılır. Bu adətən aşağıdakı düymələr olur Tab, Esc, Delete, F2, F8 və s.

Alehandro Morfeo (2012-04-09 20:07:45)
Bağşlayın DEL düyməsi DELETE düyməsidi?

NModern (2012-04-09 19:18:27)
wi-fi düyməsi o zaman funksionallığını itirir ki, boot quraşdırılmasında vvi-fi sönmüş olsun. Notbuku yandıranda DEL düyməsini sıxın, orda vvi-fi-nin On/Off olunması yeri varsa oradan yandırın. Baxın, sonra bura yazarsınız.

Namiq Bəndəli (2012-04-09 13:14:04)
WiFi düyməsi fn + f8 olmalıdır səhv etmirəmsə.

Emin Mastizadeh (2012-04-09 12:49:24)
WiFi düyməsi aparatı qoşur.Aparat kompun daxilindədir.Knopkasız qoşulmamalıdır.