Youtube-də hər-hansısa videonun baxış sayı necə dəyişir

Salam.Mən bilmək istiyirəm ki , youtube-də hər-hansısa videonun baxış sayı necə dəyişir? (yəni ki , mən hər hansısa eyni videoya tutaq ki 11 dəfə baxmışamsa və məndən əvvəl həmin videoya 99 dəfə baxılmışdısa onda mənim baxdığımın sayı yəni ki , 11 rəqəmi də 99-un üzərinə gəlir?)

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

masatrix1991 (2012-04-13 00:03:59)
birdə məsələn axıra kimə baxmadımsa oda qeyd olunur?

Ilkin Alizadeh (2012-04-09 19:21:25)
Çox sağ olun.

Cabbarov Sübhan (2012-04-09 14:01:00)
Youtube hər IP ünvanından hər video üçün bir baxma sayı qəbul edir. 11 dəfə baxma sayını artırmaq üçün, 11 dəfə modemi sönürüm yandırmaq lazımdı :)

Elvin Hacı (2012-04-09 11:17:39)
Salam. Youtube-un bunu saymaq üçün xüsusi alqoritm var, bu alqoritmi dəqiq bilə bilmərik biz. Amma təbii ki sizin 11 baxışınızı 11 saymazlar, 1 sayarlar. Çünki ən azından sizin hesab, cookie və İP vasitəsilə alqoritm müəyyən edir ki baxan adam eynidir hər dəfə.