Ebay və Paypal

Salam.Mən sizin sayənizdə istədiyim çox şey öyrəndim.Paypaldə qeydiyyat oldum, ebayda profanlar üçün məlumatı oxuyaraq bir çox şeyi öyrəndim.Buna görə təşəkkür edirəm.Mənim suallarım var.Mən paypaldə qeydiyyat olmuşdum ancaq bankdan kodu almadığıma görə dünən də ilk dəfə idi ebayda qeydiyyat olub paypalsiz en ucuz mal sifariş etdim. 1)Bilmək istəyirəm mən sifariş etmişəm dəqiq yoxsa yox? )) Mənə dəfələrlə belə mesajlar gəldi: "Sifarişiniz üçün təşəkkür edirik".Yəqinki sifariş etmişəm də.Shipped və Awaiting feedbackdə sifariş etdiyim məhsul var.Yəqinki eləmişəm də 2)Birdə mən bugün paypalin 4 rəqəmli kodunu da daxil etdim,deyəsəın 24 saatdan sonra aktiv olmalıdı da hə? Indi ebaydan sifariş etsem paypallə olmaz yəqinki? 3)Mən poçt rüsumunu 1 dəfə ödəmək üçün məhsulları birgündə sifariş etməliyəm bunu bilirəm,ama bilmək istəyirəm ki tək tək məhsulları seçə bilərəm,yoxsa accauntda elə yer var ki ora girib istədiyim məhsulları birdən seçib sifariş etməliyəm? 4) Məhsul poçta gələndə necə xəbərdar olacam? Səhv etmirəmsə zəng edəcəklər hə?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

roza (2012-04-19 16:04:51)
Salam, mən 4 reqenli paypal kodumu itirmişəm. onu berpa etmək olur?

Ayka_Glamurka (2012-04-13 20:36:36)
Aha bilirem Farhad bey,tsk edirem

Farhad Alakbarov (2012-04-12 14:37:06)
Salam Ayka xanım. Çoxdandır bura girmirdim. PayPal və Profanlar üçün Ebay haqqında mənim mövzularımdır. Onu bildirim ki, siz PayPal accountunuzu 4 rəqəmli şifrə ilə təstiqləməmisinizsə, heç nə ala bilməyəcəksiniz. Yəni ödəniş sona kimi getməyəcək. Poçt rüsumunu 1 dəfə ödəmək üçün bir satıcıdan almalısınız və yaxud ayrı-ayrı satıcılarla danışıb, məhsulu bir yerə toplayıb göndərsinlər. Poçta gələndə isə, siz əlaqə məlumatlarında bildirdiyiniz nömrəyə zəng ediləcək sizin poçtdan. Əlavə sualınız olsa, mənə https://www.facebook.com/farikus yaza bilərsiniz. Bura vaxt üzündən tez-tez girə bilmirəm deyə, növbəti sualınızı görməyə bilərəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayda satış limiti

Ebay mal almaq

Change.org-da açılmış “Azərbaycanda Paypal” haqqında formanın sonu necə olacaq?

Xaricdən online smart saat sifarişi

Camex.az-da tracking ilə bağlı

Ebaydan səhv gələn mallar.