Səs, əks söz

Hər vaxtdınız xeyr. Mənə elə bir proqram lazımdır ki, mən mikrafonla sözü deyim bu proqram mən dediyim sözün əksin desin. Elə proqram var ? (İndidən təşəkkürlər)

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Emin Mastizadeh (2012-04-11 23:24:46)
Deməli belə.Telefonlarda iPhone və Androiddə səsi tanıma funksiyası var.Hələlik azərbaycan dilini tanımır.Amma bu haqda google-a təklif yollamışam.Səsi tərsinə çevirmək bu proqramın işidir. Səsləndirmək üçün isə bu telefonlarda olan TTS dən istifadə olunur.Mənim yazdığım proqram artıq işləyir.Amma bu səsi tərsinə çevirmir,bu başqa məqsəd üçündür.Artıq dizayn üzərində işləyirəm.Ayın sonuna qurtararam yəqin ki.

Elvin Hacı (2012-04-11 15:40:30)
Şəxsən mən və digər cavab yazanların bir neçəsi mənaca ƏKS söz başa düşüb, antonim kimi bir şey. Ona görə o cavablar yazılıb :) Əgər siz deyən mənada soruşubsa(deyəsən elədir), onda təbii ki tanınmaya aidiyyatı yoxdur, sırf səs stream ilə işləmək bacarığı tələb edir.

ahmed (2012-04-11 12:18:36)
Məncə burda məsələ mətnin tanınmasında deyil. Səsin əksinə səsləndirilməsindədir. Misal üçün videofaylları backscrool edəndə həmin effekt yaranır, amma video fayllar üçün. Burada səs faylının formatını (mp3, wav ...) yaxşı bilməli, səs freymlərini faylın sonundan oxuyub əks ardıcıllıqla səsləndirmək kimi bir şeylər elemək olar.

Elvin Hacı (2012-04-11 10:37:42)
Bəli, Mehman daha düzgün cavab verdi. Hazırda dünyada heç səsi düz-əməlli tanıyan proqram yoxdur, o olsa əksini tanıyan və qaytaran proqram düzəltmək asan olar. Məsələn Apple Siri, Google Voice və.s. aparıcı şirkətlərin xidmətlərinə baxın, ingiliscə gərək tam səlist, tam diri sözlər deyəsən ki onlar cümləni düz qəbul edə, heç bunu da həmişə düz etmirlər, bəzən gülməli cavablar qaytarırlar.

Mehman Elxanoglu (2012-04-11 10:21:19)
Mən biləni səsi düzgün formada düz-əməlli yazan (sətirə çevirən) proqram yoxdur, qaldı ki, sözü əksinə yazan :) Yəni bu sahədə hələlik işlər gedir, düzdür Dilmanc Nitq tanıma sistemi düzəldir, ancaq güman etmirəm ki, onun kod hissəsi açıq olacaq. Yəni kod hissəsi açıq olsa, sözlərin əksinə çevrilmə proseduru (yəni kodu) o qədər də çətin olmaz. Nəysə, uğurlar bu işlə məşğul olanlara! ;)

Remonal (2012-04-10 19:05:52)
Hmm.Uğurlar.Bunu düzəldə biləceysən?)))

Emin Mastizadeh (2012-04-10 18:39:14)
Hal-hazırda məhz səs ilə işləyən proqramlar yazıram:)

Remonal (2012-04-10 18:35:15)
.........

Emin Mastizadeh (2012-04-10 18:33:24)
Düzəldə bilərəm)))

Remonal (2012-04-10 18:11:24)
Yox elə proqram yoxdur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kompüterdən səs gəlmir

Komputerdən gələn səs

Homtom HT7

Noutbukdan gələn səs nədir?

Danışarken kraş səslər gəlir

səsimlə necə pul qazanaram ?