Cavablar saytına aid

Məncə bu sayt üçün təkliflər bölməsi açılmalıdır. Mənim şəxsən belə bir yer olsa ilk olaraq belə bir punkt əlavə edilməsi üçün müraciət edərəm. Əgər sualı verən şəxs suala cavab alırsa bunu təstiqləmələdir. Ona görə ki, mən burda sual verdim. Bir nəfər altına yazdı ki, o nədir elə - sual texniki olaraq cavablandı ama mən heç bir cavab əldə edə bilmədim. Və cavablanmamış sual kimi olan siyahıdan itdi. Məncə administrasiya bununla bağlı bir dəyişiklik etsin. Əgər sualın sahibi sual cavablandırıldığı tədqirdə sual cavablandırıldığını təsdiqləmirsə bunu etməyi administrasiya öz üzərinə götürə bilər müəyyən həddən limintdən sonra. Məncə bu məsələ ilə bağlı digər üzvlərin də fikrini bilmək maraqlı olardı. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

Tural Əlisoy (2012-04-12 18:00:46)
"Müşteri her zaman haklıdır" :D

Elvin Hacı (2012-04-12 17:51:44)
Olar təbii ki

Alehandro Morfeo (2012-04-12 16:03:39)
Bir dəstəkdə məndən. Birdəki Cavablar.net saytıyla bağlı təkliflərimizi burda yazsaq olar belə?

Xaliq Babayev (2012-04-11 23:49:54)
Men bu barede admine yazmiwdim.ama biraz ferqli idi.Fikrim bele idi ki: evvele duwen yeni goz onunnen uzaqlawan suallara tezeden cavab yazilanda gelib one cixsin forumlardaki kimi.Ama ki suala cavab almamiw teze sual verilir ve bu sual uje gedir axirlara ve itir.ama axira duwene tezeden nese yazanda evvele duwse olar ela.

Ayka_Glamurka (2012-04-11 23:24:18)
Ooo tsklər Elvin :)

Elvin Hacı (2012-04-11 23:23:01)
İstifadəçilərin dediyi qanundur, həll edərik. :)

Emin Mastizadeh (2012-04-11 23:17:50)
Oldu.Elvinlə danışaram bu yaxınlarda əlavə edilər.

Ayka_Glamurka (2012-04-11 18:45:00)
Maraqli fikirdir,yaxsi olardi

Ariz S-ev (2012-04-11 17:25:43)
raziyam

Cabbarov Sübhan (2012-04-11 17:00:33)
Yaxşı olardı.

Remonal (2012-04-11 15:22:57)
Maraqlı təklifdir.1 dəstəydə mənnən

Tural Mecidov (2012-04-11 15:17:27)
bu məncədə yaxşı olar

Mehman Beshirov (2012-04-11 15:14:43)
yaxwi fiklirdir.destekleyirem...

IT HELPER (2012-04-11 14:18:14)
Çox gözəl təklifdi.Mən dəstəkləyirəm